POPULYARXƏBƏRLƏR

“Nisyə də araq olar?” və ya Allahın nemətləri

“Allahın bəxş etdiyi nemət” ifadəsini tez-tez eşidir və ünsiyyət zamanı istifadə edirik. Bəs nədir bu nemət? Necə olur? Bəlkə dəbdəbəli villadır? Ya bank hesabında 1 milyon dollar? Yaxud ən son model brend avtomobil? Bəlkə xoşbəxt ailə, əməli-saleh övladlardır Allahın neməti?.. Əlbəttə, Allahın neməti bütün həyatımızı əhatə edir, hər addım, hər baxış, hər nəfəs İlahi nemətdir. Amma bəzən bu nemət elə formada təzahür edir ki, onun nemət olması bir yana, hətta bəla və dərd kimi dəyərləndirilir. Həyatda baş verən iki real hadisəyə nəzər saldıqdan sonra fikirlərimizi tamamlayarıq.

...Məhəlləmizdə kiçik dükan var idi. Həm müdir, həm satıcı, həm fəhlə funksiyalarını bir nəfər həyata keçirirdi. Piştaxtanın üzərində də qalın bir “nisyə” dəftəri olurdu həmişə (elə o dəftərə görə kişi dükanını bağladı, indi tikintidə fəhləlik edir). Günlərin birində dükandan xırda alış-veriş edəndən sonra satıcı ilə dünyanın gərdişi haqqında qonşulara xas olan söhbət aparırdıq ki, qapı açıldı. Qonşunun 10-11 yaşlı oğlu daxil olub piştaxtaya yaxınlaşdı: “Salam. Atam dedi ki, bunları da yazsın dəftərə, ayın axırında çatdıracam”. Uşaq əzilmiş kağız parçasını satıcıya uzatdı. O da çox həvəssiz ayağa qalxıb “sifarişi” yerinə yetirməyə başladı. Çay, konfet, çörək... Birdən elə bil ilan vurdu kişini: “Ayə, ay sənə qurban olum! Ayə, arağın da nisyəsimi olur, ayə!?” Uşaq dinmirdi, başını aşağı salıb susurdu. Dükançı bir qədər də qəzəb saçdıqdan sonra zənbili uşağa uzatdı: “Al, apar ver dədənə. Denən ki, nisyə araq olmur! Pulu olanda alıb içər!” Uşaq bir söz söyləmədən dükandan çıxdı. Tələsik mövzunu dəyişdim: “Ay qonşu, qurtar e bu zəhrimar arağı satmaqla! Günahdır axı...” Amma heç 5 dəqiqə keçmədi ki, həmin uşaq yenidən dükana daxil oldu. Piştaxtaya yaxınlaşıb başını aşağı saldı, titrək səslə pıçıldadı: “Atam deyir ki,... Atam deyir, qurban olum, heç olmasa bir dənə “çubuş” versin, çox lazımdı...” İçimdə sanki nə isə sındı. Ata necə övladı vasitəsi ilə özünü belə alçalda bilər? Özü də nəyə görə? Bir qurtum zəhərə görə?.. Çox şey verərdim ki, o an orda olmayam, bu baş verənləri görməyəm...  Dükançı bir qədər susdu. Bilmirəm nə düşünürdü. Abırlı adam idi, daha bir söz demədi. Dərindən köksünü ötürüb ayağa qalxdı, şüşəni uşağa uzatdı...

Gənc idim, əmək fəaliyyətinə yeni başlamışdım. Bir müdirimiz var idi. Cüssəli, Himalay ayısına bənzəyirdi. Elə xasiyyəti də müvafiq idi zahirinə: kobud, qaba. Bir adəti var idi: hər gün naharda mütləq masanın üzərində araq şüşəsi olmalı idi. Axtarırdı, ciddi cəhdlə arayırdı tərəf müqabillərini. Tapmadıqda da ənənəsini pozmurdu: tək süzüb içirdi. Amma Məhərrəmlik ki gəldi, vəssalam, daha içki məclisi yığışdırılırdı. Aşura günü isə mütləq məscidə gedib İmamın (ə) qatillərinə lənət oxuyardı. Səhəri gün o qədər şən gəlirdi ki! Səbəbini soruşanda da “nətəri sevinməyim! Dünən getdim məscidə günahlarımı yudum!” cavabını verərdi. Amma bir gün naxoşladı. Xəstəxanaya yerləşdirdilər, böyrəkləri əməliyyat olundu. Yenidən iş başına qayıdanda artıq arıqlamışdı, heç kefi yox idi. Səbəbi isə nə xəstəlik idi, nə də keçirtdiyi iztirablar: həkim spirtli içkilərin qəbuluna qəti qadağa qoymuşdu. Açıq şəkildə də demişdi: “İçsən öləcəksən!” Nahar vaxtı bu adamın çıxartdığı oyunları dil ilə vəsf etmək olduqca çətindir! Başını əllərinin arasına alıb, masa üzərindəki yeməyə baxaraq zırıldayırdı: “Allah ooooy! Allah ooooy! Ay Allah! Axı niyə məni bu cür nemətindən məhrum elədin, hə? Ay Allah, sənə canım qurban eee, amma niyə?” Bu mənzərəni görənlər təbəssümlərini, gülüşlərini gizlədə bilmirdilər. Amma adam həqiqi mənada əzab çəkirdi...

İndi isə fikirlərimizi tamamlayaq. Əslində, qeyd etdiyimiz hər iki halda Allahın neməti aşkar təzahür edib. Birinci halda yoxsulluq, ikinci halda isə xəstəlik Tanrının nemətidir, sanki günahlar girdabında çapalayan və məhv olma təhlükəsi ilə üz-üzə qalan bəndəyə son anda atılan xilasedici halqadır. Sözsüz ki, daha öncə digər xilasetmə vasitələrindən də istifadə olunub. Fəqət bəndə buna məhəl qoymayıb... Odur ki, fəqirlikdən, xəstəlikdən və bizim nəzərimizdə çətinlik kimi görünən digər problemlərdən şikayətlənməyə dəyməz. Anlasaq da, anlamasaq da, - hamısı nemətdir. Zatən Allah Ona iman edən bəndəsinə başqa bir şey qıymaz.

V.Əliyev



Yerləşdirilib:25 Yanvar, 2018  16:18, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 1
Müəllif: Rafiq | 26 Yanvar, 2018  10:34
# Ответить
0


]]>]]>

Əla yazıdır. Maraqlı bir şey yadima düsdü. Deməli bir dəfə bir qonsum məndən sorusdu ki bəs məhərrəmlik nə vat cixir? Adamin uzaqdan yaxindan bununla elaqesi yox idi. Dedim filan gun qonsu neynirsen ki? Dedi hec usaqlarda danismisiq meherremlik cixan kimi oturaq vuraq)))
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com