POPULYARXƏBƏRLƏR

Yalançı hədisləri ifşa edənlər və bu hədislərin aşiqləri

Bu günlərdə şəxsiyyətinə və elminə böyük hörmət etdiyim ustadlardan biri şəxsi FB səhifəsində çox gözəl təşəbbüslə çıxış etdi: ənənəvi olaraq minbərlərdən və dini toplantılarda bizə hədis kimi təqdim edilən ifadə və cümlələrə aydınlıq gətirdi, bildirdi ki, bunlar heç də hədis yox, müxtəlif zaman kəsiyində müxtəlif şəxslər tərəfindən səsləndirilən kəlamlardır (Məsələn, "Namaz möminin meracıdır", "Ümmətimin alimləri Bəni-İsrail peyğəmbərlərindən əfzəldir", "Hakimiyyət küfr ilə qalar, zülm ilə qalmaz", "Mədə bütün xəstəliklərin evidir", "Elmi kişilərin ağzından eşidin, kitablardan deyil" və s.). Özü də sübut və dəlillərlə.

Düşünmək olardı ki, sıravi müsəlmanlar, Allaha doğru aparan yolda sabit-qədəm olmağa, bu yoldan sapmamağa çalışanlar belə zəhmətlərinə görə qardaşa dərin təşəkkürlərini bildirəcəklər, daha bir həqiqəti onlara tanıtdığına görə Allaha şükür edəcəklər. Əlbəttə, belələri də oldu. Amma bəziləri tam fərqli mövqe sərgilədilər: “Bu bizim nəyimizə lazımdır?”, “Bu araşdırma “quranilərin” dəyirmanına su tökməkdir” və s. buna oxşar ittihamlar səsləndirildi. Açığını söyləyək ki, heç də təəccüblənmədik. Çünki son zamanlar dini cameəmizdə bir niqilizm ab-havası hökm sürür, hətta ən ağıllı söz, danılmaz fakt ya şübhə altına alınır, ya da ümumiyyətlə rədd edilir. Hər məsələyə dair az qala hər namaz qılanın öz mövqeyi və fikri var. Və fərq etmir bu namaz qılan gündəlik həyatında hansı peşənin sahibidir: avtobusmu sürür, suvaqmı vurur və yaxud “Binə”də ayaqqabı satır. Əlqərəz, qayıdaq mövzumuza və yalançı hədisləri ifşa edən qardaşa verilən suallara. Təbii ki, suallar və iradlar cavablandırıldı. Amma biz də məsələ ilə bağlı bir-iki kəlmə söyləmək istəyərdik.

Əvvəla qeyd edək ki, haqqı aramaq, yalanı həqiqətdən ayırmaq hər bir müsəlmanın borcudur. Həqiqət nə qədər acı olsa da, onu gizlətmək, aşkar yalanı isə camaata haqq kimi sırımaq günahdır. Odur ki, sözügedən araşdırma zamanı haqq üzə çıxarılıb və insanlara təqdim edilib.

İkincisi, bunun müsəlmanlara nə qazandıracaq sualına gəlincə, çox da dərinliklərə baş vurmayacağıq (hərçənd deyiləsi mətləblər çox, fayda isə saysız-hesabsızdır), yalnız birini qeyd edəcəyik. Şiə əqidəsinə görə orucu batil edən əməllərdən biri də Allah, Peyğəmbər (s) və imamlara nisbət verilən yalan sözlərdir. Ən azından qazancımız budur ki, artıq bu ifadələri oruc ağızla hədis kimi təqdim etməyəcəyik.

Üçüncüsü, hətta hazırda dünyada yaşayan müsəlmanların 90 faizi bu araşdırma səbəbi ilə dönüb “qurani” olsa belə, yenə də araşdırma son dərəcə faydalı və dəyərlidir. Yalanla, batillə, həqiqəti pərdələməklə haqqı bərqərar etmək mümkün deyil, insanları da İslama yalanla gətirməzlər. Haqqın yalan donuna bürünməsinə nə ehtiyacı var? Heç peyğəmbərin və imamların belə davranmasını təsəvvürümüzə gətirə bilərik? Məsələn, imam Rzanın (ə) yanında kimsə qalxıb cəddi Muhəmməddən (s) saxta hədis nəql edir. İmam da baxır ki, bu “hədis” çox gözəldir, bəzi faydaları ola bilər müsəlmanlara, həm dünyəvi, həm də uxrəvi. O səbəbdən də səsini çıxarmır, yola verir “ravini”. Mümkündürmü belə şey? Əlbəttə ki, min kərə yox! Bəs o zaman niyə belə asanlıqla haqqa arxa çevirib batilə tərəf gedirik? Niyə unuduruq ki, acı həqiqət şirin yalandan yaxşıdır? Məgər qorxmuruq ki, bu “şirinlər” bizi elə bir “şəkər” xəstəliyinə mübtəla edər şəfası ancaq Cəhənnəm odu olar?..

Qeyd etdiyimiz araşdırmanın bir çox digər müsbət cəhətlərini də vurğulamaq olardı. Amma yazını çox uzatmayacağıq. Oxucunun da zamanını nəzərə alaq. Sadəcə sonda qeyd etmək istərdik ki, biz heç də bəzi populist və hərdəmxəyal, “Quran müqəddəs deyil”, “İslamda qəbir ziyarəti yoxdur” və sair düşük fikirlər səsləndirən “ilahiyyatçılara” bəraət qazandırmaq, onları öyümək fikrində deyilik. Lakin kiminsə tənəsindən də çəkinərək haqqa göz yummaq şakərimiz deyil... Allah cəmi müsəlmanlara agahlıq versin və təəssübdən qorusun!



Yerləşdirilib:27 Dekabr, 2017  14:13, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 14
Müəllif: Salam | 27 Dekabr, 2017  14:55
# Ответить
0


]]>]]>

Ummətin alimləri bəni israilin Peyğəmbərləri kimidir səhv etmirəmsə həqiqətən belə hədis var
Müəllif: Sadiq | 27 Dekabr, 2017  15:20
# Ответить
-4


]]>]]>

Söhbətin hansı alimdən getdiyini bilmədim. Ona qalsa çox belə məsələlər var. Sadəcə artıq cəmiyyət onu qəbul etdiyi üçün o qədər də üstünə getmək lazım deyil. Müəllif deyir ki, ravini İmam yola verir filan. O İmamdır(ə) Biz isə odur ki, məncə yeri yoxdur bu məsələnin
Müəllif: Abbasova | 27 Dekabr, 2017  15:36
# Ответить
0


]]>]]>

Salam aleykum. Allah komek etsin hemin shexse,ki bu zeruri arashdirmani aparib. Mes bele yalanci hedislere ve uydurma faktlara gore men chash bash qalmisham. Bilmirem,shieyem,sunniyem... Yanilmaq istemirem secimimde,en dogrusunu axtariram. Allah bir denedir,Peygemberimiz bir dene olub ve Quran da bir denedir. Bu fergli dushunceler,mezhebler haradandir? Heqiqet yalniz bir dene ola biler. Dua edirem,ki o heqiqeti tapim. Allah butun muselmanlari yalnish yoldan qoruyub saxlasin. Amin. Gelin Peygemberimizin ummeti olaraq bir olaq.
Müəllif: Salam | 27 Dekabr, 2017  16:22 | Ответ на #10611
# Ответить
0


]]>]]>

Allah birdir,Peyğəmbərimiz də birdir və O Peyğəmbər özu deyib ki,Eli.e.haqq ilədir,haqq Eli ilə.... belə hədislər elə sunni mənbələrində də kifayət qədərdir həqiqət axtarırsınızsa gedin bu növ hədisləri araşdırın
Müəllif: bbbb | 27 Dekabr, 2017  16:06
# Ответить
0


]]>]]>

Bizdə ənənə halını alıb uje, din alimləri qalıb bir tərəfdə hamı olub professor. Araşdırma zad veclərinə deyil, hamıdan ağıllıdılar
Müəllif: Sadiq | 27 Dekabr, 2017  16:23
# Ответить
-3


]]>]]>

O qədər atalar sözü nə bilim Lenin babanın sözü kimi bilinən hədislərimiz var ki... Sadəcə dediyim odur ki, bu məsələ kompleks şəkildə araşdırılmalıdır ki, bu da mümkün deyil. Qiraq bucagindan tərpədəndə də cəmiyyət çaşğınlıqda qalır
Müəllif: Mehman | 27 Dekabr, 2017  16:40
# Ответить
0


]]>]]>

Sadiq indi kimsə bir səhv edibsə, biz o səhvi görürüksə davam etməliyik? Bəs bunun cavabi necə olacaq? Həqiqət dərin quyuda da olsa onu axtarıb tapmaq lazımdır. Hətta buna görə əziyyətə qatlaşıb, ölümə getsən belə...
Müəllif: Ramil | 27 Dekabr, 2017  16:55
# Ответить
0


]]>]]>

Haqqı bəyan edənlərə eşq olsun. Allah yardımçıları olsun. Hər yerdə haqqı üzə çıxaran, batilə qarşı çıxan.
Müəllif: Tahir | 27 Dekabr, 2017  17:01
# Ответить
0


]]>]]>

Deməli ən maraqlı gopologiua olur rozələrdə. Elə də hədis kimi soxuşdururlar ki, rozexanlar. Bəzi ruhanlər də zikri musibet deyende ifrata varir. Hadiseni ele neql edir ki, guya olub. halbuki hec bir senedi yoxdur.
Müəllif: Fatime | 27 Dekabr, 2017  17:32
# Ответить
+1


]]>]]>

Əgər hər şey monoton olsaydı bu dünyanın mənası olmazdı. Odur ki, dünya rəngarəngdir. Məzhəblər, yollar, fikirlər var. Allah insana ixtiyar verib. Onu robot olaraq yaratmayıb. Əgər Allaha təvəkkül edib yola çıxsanız mütləq doğrunu tapacaqsınız İnşallah
Müəllif: Abbasova | 27 Dekabr, 2017  17:45
# Ответить
0


]]>]]>

Inshallah. Allah sizden razi olsun. Cox sevindim,ki musbet fikirli,sebirli insan sesime ses verdi. Gelin bir olaq. Gelin bir birimizin fikirlerine hormetle ve sebrle yanashaq,dushenleri sevindirib bir birimize acimiyaq. Allaha xatir ve Peygemberimize hormet ederek parcalanmayaq,bir olaq.
Müəllif: Fatime | 27 Dekabr, 2017  17:50
# Ответить
0


]]>]]>

Allah cümləmizdən razı olsun. Amma yola çıxan zaman azuqə olaraq Hz. Peyğəmbəri, Onun Əhli-Beytini nümunə olaraq götürməyi unutmayın.
Müəllif: Nazim | 27 Dekabr, 2017  23:15
# Ответить
0


]]>]]>

Həqiqət həqiqətdir,yalandaki yalan!Bu qədər sadə və aydın!Yalansa bütün günahlarin acarıdır!Doğru hədisləri toplayıb qorumaqcın böyük şəxsiyətlər bütün ömurlərin həsr edib hətda öz canların və əzizlərin belə qurban vermışlər və bu hədislərin doğru olub olmadığının nə qədər ciddi həmcının mühüm olduğuna dəlalət edir!Bir kəlamki Quranı-Kərimi təfsir edir demək səhf hədis Allah kəlamını yanlış anlatır bu məqamlara diqqət yetirmək kərək!Hədislər adı rəvayətlər deyilki onların doğruluğu nəyisə dəyişməsin,islam düşmənləri məhs elə yanlış hədislər vasitəsilə ixtilaflar əmələ gətirib müsəlmanları biri birinə qarşı qoymağa nail olmuşlar və bu səbəbdən bu məsələdə olduqca dəqiq və diqqətli olmaq kərək cun bu cox mühüm məsələdir!Alimdə gərək bu xəttlə araşdırma aparsın,daha beş kitabı ələ gətirib qalan beşın boş verməsin!
Müəllif: Mikayil | 28 Dekabr, 2017  08:47
# Ответить
+2


]]>]]>

Gözəl bir mətləb var bu yazıda. Müəllif yazır ki, ən azından orucumuz düz olar. Həqiqətən də Ramazan ayında oruclu halda insan daha çox Allaha yaxın olur. Odur ki, danışanda da Allahdan danışmaq istəyir. Vay o gündən ki, Allahın Peyğəmbərin (s) və Əhli-Beytin adından bu cür yalan danışasan. Bütün əziyyətin puç olur. Qiyamətdə də gələndə baxırsan ki, bir ömür oruc tutmusan amma əlində oruc yoxdur. Bax onda insan vay olsun mənə deyir.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com