POPULYARXƏBƏRLƏR

Rövzə məclisləri: hər şey olduğu kimi qalsın?

Sabah Ərbəindir. Növbəti Məhərrəmlik, matəm mövsümü sona çatmaqdadır. Bu il də müsəlmanlar əsirlərin ənənəsinə sadiq qalaraq Aşura gününü qeyd etdilər. Azərbaycan da bu ümmətin ayrılmaz parçası, Əhli-beyt aşiqlərinin yurdu olaraq Kərbəla hadisələrini yad etdi, hərə öz daxili tutumuna görə Peyğəmbər (s) ailəsinin müsibətinə yas saxladı. Bu il Aşura mərasimləri hətta o qədər izdihamlı oldu ki, bəzi ünsürlər artıq milli mentallığımızın və milli kimliyimizin bir hissəsinə çevrilmiş bu məclislərə mütəşəkkil surətdə Səlib yürüşü keçirməyi özlərinə borc bildilər. Amma Əhli-beyt məktəbinin bu torpaqlarda ta Qiyamətə qədər mövcud olacağını yalnız axmaq anlamaya bilər ki, bunun da geridə buraxdığımız günlərdə bariz nümunələrinə şahidlik etdik. Ərbəin ərəfəsində gerik boylanaraq bir düşündürücü, bəlkə də narahat edən məqama toxunmaq istərdik...

Allaha şükürlər olsun ki, müasir Azərbaycanda bir çox dəyərli ilahiyyatçılarımız var. Amma onların sırasında daha çox dinlənilən, daha böyük auditoriyaya çıxışı olanlar Hacı Şahin Həsənli və Hacı Ramil Bədəlovdur. Məhz bu iki dəyərli şəxsin fəaliyyət göstərdiyi “Məşədi Dadaş” və “Fatimeyi Zəhra” məscidləri həm Cümə namazlarında, həm də İslamın əlamətdar günlərində böyük izdihama meydan olur. Bu Məhərrəmlik də istisna deyildi (Ərbəin məclisləri də istisna olmayacaq). Yenə minlərlə insan vəd edilən saatda Allahın evinə, bu dəyərli ustadların  nurunun ətrafına toplaşırdı. Və qeyd etdiyimiz hər 2 məsciddə Məhərrəm ayının ilk 10 günündə təşkil edilən məclislərdə bir diqqət çəkən hadisə baş verdi. Əvvəlcə Hacı Şahin minbərdən camaata müraciət etdi və onun söhbəti bitincə rövzə və mərsiyələri dinləmədən məscidi tərk edənləri tənbeh etdi, məhz rövzə məclislərinin nə dərəcədə əhəmiyyərli olduğunu diqqətə çatdırdı. İnsafən, artıq növbəti günlərdə toplaşan müsəlmanlar Hacı Şahinin çağırışını yerə salmadılar.

Tasua günündə isə məzmun etibarı ilə eyni hadisə Günəşlidəki məsciddə baş verdi. Hacı Ramil söhbətini bitirərək yerini rövzəxana verdi. Amma bir neçə dəqiqədən sonra onun sözünü kəsərək toplaşanlara müraciət etdi, rövzəni sona qədər dinləmələrini, məclisi tərk etməmələrini rica etdi.

Əvvəlcədən qeyd edək ki, Aşura həqiqətlərinin, Kərbəla məktəbinin günümüzə qədər gəlib çıxmasında, bu məktəbin həmişəyaşar olmasında rövzə və mərsiyələrin müstəsna xidmətləri var. Bu, danılmaz faktdır və İslam tarixində gəlib getmiş bir çox dəyərli alimlərimiz və övliyalarımız bunu təsdiqləmişlər. Bunu aksiom kimi qəbul edərək, yenə də “nə üçün axı camaat rövzə və mərsiyəni dinləmədən məclisləri tərk edirlər?” sualı ətrfaında düşünək və qısaca fikir söyləyək.

Görünən odur ki, artıq Azərbaycan dindarı mahiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Əlbəttə, baltalamaq asandır: “Onların imanı naqisdir”, “onlar imamın eşqinin ləzzətini dadmayıblar”, “ingilis şiəsi” və daha nələr, nələr, nələr... Bu, çox asan, əqlə və məntiqə zidd bir yoldu. Sadəcə ona görə ki, insanların qəlbində imam Hüseyn (ə) məhəbbəti olmasa, heç bu məclislərə üz tutmazlar. Məgər beləsi azdır? Məclisə gəlməməsi bir yana, hətta Kərbəla şəhidlərinə, əzadarlara dil uzadırlar. Yəni “baltalamaq” çox səhv olardı. Belə addım həm də bir növ məsələni görməməzliyə vurmaq deməkdir. Hərçənd düşünməyinə dəyər. Bəli, Hacı Şahin və Hacı Ramilə dindarlarımızın, bəzən isə hətta namaz əhli olmayanların məhəbbəti və hörməti sonsuzdur. Onların bir sözü kifayət etdi ki, artıq camaat məclisi moizə hissəsindən sonra tərk etməsin. Amma elə bu hörmət gələcəkdə əks-nəticə də verə bilər. Necə? Çox sadə. Bu şəxsiyyətlərə hörmət edən bəndə ümumiyyətlə məclisə gəlib-gəlməməyi götür-qoy edəcək, sosial şəbəkə vasitəsi ilə canlı yayımı izləyəcək.

Bəs, yaxşı, nə baş verir? Nə üçün insanlarımız, qardaşlarımız və bacılarımız belə edir? Yoxsa rövzə və mərsiyələrdən usanıblar? Ya bəlkə rövzə və mərsiyələrin zamanı keçmişdə qaldı? Əlbəttə ki, yox! Sadəcə olaraq bu rövzə məclislərini quranda, rövzə repertuarı seçəndə nəzərə almaq lazımdır ki, auditoriya nə 19, nə 20, hətta 21-ci əsrin əvvəlinin də auditoriyası deyil. Camaatı ağlatmaq naminə söylənilən nağıllar artıq effektiv deyil. Vaizi dinləyib rövzədən boyun qaçırmaq onu göstərir ki, dindarlarımız daha çox tarixi faktlara söykənən, real hadisələri daha dəqiq əks etdirən məlumatlara rəğbət bəsləyirlər, nəinki əfsanə və nağıllara.

Bəs neyləyək? Rövzə və mərsiyələri ləğv edək? Qətiyyən! Əlbəttə ki, yox! Artıq qeyd etdik ki, Aşuranı yaşadan amillərdən biri də elə onlardır. Bəs nə? Bu barədə düşünməyinə dəyər. Hər halda ustadlar, dəyərli ilahiyyatçılarımız bu suala daha yaxşı cavab verərlər. Biz isə belə bir variant təklif edərdik: rövzə və mərsiyələrin seçimində daha diqqətli olmaq, artistlik edib səsi titrədərək özünü guya qəmgin və məyus göstərməkdən uzaq durmaq (bir zamanlar bu keçərli olub bəlkə də, amma indi bu qeyri-səmimiyyət təsiri bağışlayır), mətnlərdə imkan dairəsində daha çox müasir Azərbaycan sözlərindən istifadə etmək...

Və sonda. Əlbəttə ki, bunu bir istisna kimi dəyərləndirmək də olardı. Bəlkə... Amma hər iki məsciddə eyni mənzərə yaşanırsa, istisna və təsadüfdən danışmaq nə dərəcədə düzgün və məntiqli olardı?



Yerləşdirilib:8 Noyabr, 2017  11:06, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com