POPULYARXƏBƏRLƏR

Arxayınlaşmayın, “qırmızı xəttlər”ə diqqət!

Tez-tez baş verməsə də, mütəmadi olaraq xəbər lentlərində dünyanın müxtəlif guşələrində meydana gələn belə faciələr haqqında oxuyuruq: hansısa zooparkda vəhşi aslan (pələng, bəbir, timsah və s.) onu yemləyən, qayğısına qalan işçini parçalayıb.

Bu hadisələri incələdikdə isə çox maraqlı bir nüans müydana gəlir: faciə qurbanları heç də təcrübəsiz, işə yenicə başlamış gənclər deyillər. Əksinə, nəhəng pəncələrin və iti dişlərin hədəfləri bir qayda olaraq uzun illər vəhşi heyvanlarla təmasda olmuş, necə deyəllər, bu peşənin hər üzünü görmüş mütəxəssislərdir. Bəs, elə isə, onların həlakına gətirib çıxaran hansı amildir?

Əlbəttə, “əcəl” deyilən bir məhfum var, bu, öz yerində. Ancaq əksər hallarda faciəyə səbəb nəzarətçinin ani olaraq ehtiyatı əldən verməsi, harda və nə ilə üz-üzə dayanmasını unutması, başqa sözlə, “qırmızı xətti” keçməsi olur. İlk dəfə vəhşi heyvanla təmasa məcbur olan şəxs tələb olunandan da artıq ehtiyat edir, təhlükəsizliyini düşünür, hər an hücuma məruz qalacağını şüuraltı təsəvvür edir. İlk təcrübə yaxşı, necə deyərlər, qurbansız, fövqəladə hadisəsiz ötüşür. Sonra ikinci, üçüncü, onuncu, yüzüncü... Yenə də hər şey qaydasındadır. Və günlərin bir günü işi vəhşi heyvanları yemləmək olan insan həmişə belə olacağına iman gətirir. Vəssalam. Artıq o, hər bir xoşagəlməzlikdən sığortalandığını düşünür: o, heç vaxt hücuma məruz qala bilməz; o, əsl peşəkar, işinin ustası, ən yüksək zirvəni fəth etmiş birisidir. Nəticədə ilk dəfə təhlükə ilə üz-üzə qaldıqda etdiyi daxili səfərbərlikdən əsər-əlamət də qalmır. “Qırmızı xətt” əriyir, ətraf mühitlə birləşir, fəzada qeybə çəkilir. Və... Nə vaxtsa o nəhs, həlledici, son gün gəlib yetişir. Bəlkə də gözlərini bu dünyaya əbədi yummamışdan bir an öncə həmin peşəkar, mütəxəssis öz səhvini anlayır. Ancaq artıq gecdir. O səhvi düzəltməyə zaman verilmir... Filmin sonu.

Bunları nə üçün yazırıq, əziz müsəlmanlar? Əlbəttə, Allah Rəhman və Rəhimdir. Yaradanın rəhmətinin hüdudlarını ölçmək mümkünsüzdür. Bu rəhmət haqqında Quranda çox sayda ayə, dini mənbələrimizdə isə çox sayda hədislər mövcuddur. Amma bütün bu külliyyata arxayın olub Allahın Gözəl adları sırasında Qahir (düşmənləri qəhr edən), Cəbbar (zalımlara əziyyət verən), Kaşifüz-zürr (pisliklərin üstünü açıb ifşa edən) və s. adlarının olduğunu da hərdən xatırlamaq lazımdır. Neçə illərin vacib və müstəhəb namazları, isti yay günlərinin orucları, dəfələrlə getdiyimiz Ərbəin səfərləri, neçə qat hacı olmağımız, nə qədər ehsan etməyimiz və s. ibadətlərimiz bizi arxayın etməməlidir. Biz bəndə olduğumuzu, hansı İzzət və Cəlal sahibinin, hansı Qüdrət qarşısında dayanmağımızı unutmamalıyıq, ehtiyatı əldən verməməliyik, özümüzü artıq əlçatmaz zirvələr sakini sanmamalıyıq. Şeytan hər zaman yanımızdadır. Nə qədər yüksəyə qalxsaq da, o da yaxındadır. Daha yüksəkdə olanı yıxmaq, yerə çırpmaq isə, sözsüz ki, o məluna daha çox zövq verəcək. Odur ki, “qırmızı xəttlər”ə diqqət!



Yerləşdirilib:23 Noyabr, 2017  15:53, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 1
Müəllif: Nazim | 24 Noyabr, 2017  00:33
# Ответить
+2


]]>]]>

DOĞRU!
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com