POPULYARXƏBƏRLƏR

Niyə Quran onun üçün müqəddəs deyil?

Özünü ilahiyyatçı kimi təqdim edən bir nəfər müsahibə verərək deyib ki, “Quran müqəddəs kitab deyil”. Sonra da sözlərini isbatlamaq üçün əlavə edib: “Qurani Kərimin heç bir yerində bu kitabın müqəddəs olması barədə bir ayəyə rast gələ bilməzsiniz”. Bildirib ki, bu Kitabın digərlərindən heç bir fərqi yoxdur. Mübahisə etmək fikrimiz yoxdur. Sadəcə olaraq bəzi fikirlərimizlə bölüşmək istərdik.

Əvvəla qeyd edək ki, həqiqətən də Quranda bu Kitabın müqəddəsliyi haqqında heç bir konkret qeyd yoxdur. Yəni Quranda elə Qurana xitabən “müqəddəs” sözündən istifadə edilmir. Amma...

Özünü ilahiyyatçı kimi təqdim edən şəxs bir qədər düşünüb-daşınsaydı, bəzi parallelər aparsaydı, sözsüz ki, milyonlarla müsəlman üçün məhz müqəddəs olan Quran haqqında belə bir bəyanatı səsləndirib qıcıq yaratmazdı. Məsələn, özünə belə sual verəydi: “Quran müqəddəs deyilsə, o zaman müqəddəs nədir mənim üçün?” Və düşünəydi. Çox düşünəydi, götür-qoy edəydi. Yaddaşının dərinliklərini eşələyib xatırlamağa cəhd edəydi: harda, hansı kitabda “müqəddəslər” bölümünə rast gəlib və yazılanlara beyət edib?

Daha sonra sual verəydi özünə: “Ana müqəddəsdirmi? Ata müqəddəsdirmi? Bəs övladlar?” Cavabı Quranı dəyərləndirdiyi məntiqə uyğun olaraq mənfi olmalıdır. Gəlin biz də elə həmin mətiqlə düşünək bir anlıq.

Həqiqətən də, ananın dünyadakı digər qadınlardan, övladların isə digər uşaqlardan fərqi nədədir? Bir ürəkləri, iki böyrəkləri, iki gözləri, iki qulaqları, iki ayaqları, iki əlləri və s. – eynidir! Yaxşı, valideyn, övlad, ailə - qoyduq bir kənara, müqəddəs deyil. Davam edək.

Vətən müqəddəsdirmi? Yenə də özünü ilahiyyatçı kimi təqdim edən insanın məntiqi ilə cavab verməyə çalışsaq, - yox! Niyə? Çünki bu məntiqdə Azərbaycanı başqa dövlətlərdən üstün edən heç bir amil ortada yoxdur. Eyni səma, eyni hava, eyni torpaq, eyni əhali - iki əlli və iki ayaqlı, Kürdə axan su Volqa və Misisipidə axan suyun bənzəri, Xəzərin üzərində səs-küy salan qağayılar Baltika və Qara dəniz üzərində pərvaz edənlərin oxşarı. Bəs bayraq, bayraq, ay camaat! Braziliyanın, Mozambikin bayrağı ilə Azərbaycan bayrağının nə fərqi var ki? Onu nə məntiqlə öpüb gözümüzün üstünə qoyuruq, qəlbimizə basırıq, hə? Eyni bezdi də, sadəcə üstündəki rənglər fərqlidir! Bəsdirin, Siz Allah!.. Nəyi müqəddəsdir e bu Azərbaycanın, bu vətənin, hə? Harda, hansı dağın qoynunda, hansı meşənin ağacında yazılıb?..

Bu “novator” “ilahiyyatçı” özünə hələ çox sual verə bilərdi, hamısını sadalamağa ehtiyac duymuruq. Sadəcə daha birini təklif edək: “Ümumiyyətlə, müqəddəs nə mənədir və bu “müqəddəs” sözünü bütün dillərdən silib atmağın zamanı yetişməyibmi?” Doğurdan da, əgər heç bir müqəddəs şey yoxdursa, o zaman “müqəddəs” sözü özü nəyə lazımdır? Adını qoyaq “atavizm”, göndərək arxivə də!

Qısaca bir izahata da zərurət duyuruq. Artıq qeyd etdik ki, həqiqətən də Quranda bu Kitaba “müqəddəs” deyə xitab edilmir. Belə bir xitabın olmaması bəzilərinə əsas verir ki, Quranı müqəddəs sanmasınlar. Öz işləridir, özləri bilərlər. Lakin Quranda bu Kitaba “müqəddəs” deyilməməyinə rəğmən Onu milyonlarla müsəlman müqəddəs sayır. Səbəblər çoxdur, birini qeyd edək: çünki bu Kitabda Allahın kəlamları cəm olub.

Eyni zamanda kimsə anasını müqəddəs saymaya bilər, öz işidir. Amma dini, irqi, milli mənsubiyyətindən asılı olmayaraq, milyardlarla insan üçün onu dünyaya gətirən varlıq müqəddəsdir. Bu müqəddəs qadının ayaq qoyduğu yerə milyardlar baş qoymağa hazırdır. Sonra.

Vətəni də müqəddəs saymayanlar var, yenə də, öz seçimləridir. Amma yenə də planetdə milyardlarla insan var ki, vətənə “ana” deyir, “Vətən = Ana”. Ana isə onlar üçün müqəddəsdir. Bu insanlar, o cümlədən Azərbaycan ərənləri əsirlər boyu yaşadıqları torpağı, vətəni qanları ilə suvarıblar. Vətəni müqəddəs saymayanlar, bu barədə kitablarda və vicdanlarında “dəlil” tapmayanlar isə... Nə isə. Onlar barədə hər kəsin, yəqin ki, öz fikri, öz ürək sözləri var.

Allah bizə agahlıq versin, fitnəkarlardan qorusun və bizi müqəddəsatlarımızdan ayrı salmasın!



Yerləşdirilib:24 Noyabr, 2017  14:07, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 10
Müəllif: Safar | 24 Noyabr, 2017  21:45
# Ответить
-2


]]>]]>

Fərqli soz deyənləri niyə topa tuturuq ki??
Müəllif: Natiq | 24 Noyabr, 2017  22:11 | Ответ на #8584
# Ответить
0


]]>]]>

Nə fərqli söz deyib ki? Quranin muqeddes olmadigini demek ferqli yox mentiqsiz sozdur
Müəllif: Sefere | 25 Noyabr, 2017  07:09 | Ответ на #8584
# Ответить
0


]]>]]>

Ferqli soz demek namine axmaqlamaq boyuk huner deyil. O mentiqle sabah cixib qatiga qara deyeni de gerek cekek yuxari basha
Müəllif: Asim | 30 Noyabr, 2017  15:09 | Ответ на #8584
# Ответить
0


]]>]]>

Ibn Teymiyye, El Vahab da ferqli sozler dedi amma neticesi bu gun on minlerle muselmanin qani bahasina geldi. Eger alagi yerindece mehv etmesen butun bagi mehv edecek.
Müəllif: Aydin | 24 Noyabr, 2017  22:12
# Ответить
0


]]>]]>

Quran Allah tabarak va tealanin kalamidi ona gorada muqaddasdi.amma Allahin zati muqaddasdi ama digar ana vatan va digar muqaddasarati Allahin muqaddasliyi ila bir tutmaq duzgun deyil
Müəllif: Nazim | 25 Noyabr, 2017  10:56
# Ответить
0


]]>]]>

Yaqin elşad Quranda o qədər adilik axtarıbki hətda kitabın Müəllifinin(c.c) kimliyini unudub ona adi kitab statusu verib!Bəlkə elşad hec muqəddəs məhfumunun mənasını bilmir,o zaman onu niyə qınayaqki,məgər hamı hır şeyi bilir, ona bunu öyrətmək olmazmı,ibtidai sinifdə olduğu kimi!Dərslərə ehtiyacı var onun,özüdəki "hayat bilgisi" dərslərinə,o Qurana yalnız nəşriyat məhsulu kimi baxırsa onda onu adi kitab hesab etməsi tam ona xasdır,bu məntiqlə Quranı bir coxları xurafat və cəfəngiyatda,hətda əfsanə hesab etmişdilər,lakin Quran hər zaman olduğu kimi öz müqəddəsliyinu isbat etmiş və edəcəkdə!Bu faktdır!Buna inanmayanlar yanlış yoldadırlar!Vəssəlamu aleykum və rəhmətullahi və bərəkatuh!
Müəllif: Kamil | 25 Noyabr, 2017  11:22
# Ответить
0


]]>]]>

İsid mehv olub indi tor-tokuntuleri fesad yaratmaq isteyir. ALlah belelerine lenet etsin!!!
Müəllif: Sadiq | 30 Noyabr, 2017  17:43
# Ответить
0


]]>]]>

Bu deyersiz bir mexluqdur. Sadece ozunu nese ghesab edir. Gunah bunu ora bura cagiranlardadir. Daha dogrusu cagirin emrini verenlerde
Müəllif: Salam | 1 Dekabr, 2017  11:23
# Ответить
0


]]>]]>

Fərqli söz deyib belə qələt edib deyib o haranın itidir fərqli söz desin bu ixtiyarı Allahdan alıb . ?!
Müəllif: Salam | 1 Dekabr, 2017  11:26
# Ответить
0


]]>]]>

Kim ona bu ixtiyarı verib?dinin adından guya fərqli söz demək BİDETDİR .!
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com