POPULYARXƏBƏRLƏR

“Məddah döyüşü”: biz nə gündəyik?

Son günlər dini cameəni təlatümə gətirən hadisə bir çox xoşagəlməz hallara yol açdı. İş hətta aşkar təhqirlərə qədər gedib çıxdı. Nə qədər qəribə və acınacaqlı görünsə də, cümə namazlarında bir səfdə duran, Məhərrəmlik məclislərinə eyni şövqlə qatılan şəxslər ani düşmənə çevrildilər. Səbəb isə bir məddahın ifası idi. Bu ifa da nifaq toxumu rolunu oynadı və oynamaqda da davam edir, proses dərinləşir. Biz də məsələ ilə bağlı 1-2 kəlmə söyləmək istərdik.

Birincisi, qeyd edək ki, insanı Allaha yaxınlaşdıran, bu yaxınlaşdırmaya töhfə verən musiqi haram deyil. Bunu alimlər də təsdiqləyir.

İkincisi, belə müzakirələr bir daha sübuta yetirdi ki, məddahlarımız, rövzə deyənlərimiz artıq günümüzün reallıqları ilə ayaqlaşmır.

Üçüncüsü, çox təəssüf ki, dini cameəmizdə nəzəriyyə ilə praktika arasında çox dərin uçurum yaranıb. Dindar sevə-sevə, şövqlə, hətta gözü nəmli halda məsumdan “ən yaxşı dostum nöqsanımı mənə hədiyyə edəndir” hədisini dəfələrlə müxtəlif məclislərdə nəql edə bilər. Gəl ki, real həyatda ona kiçik irad bildirən dindaşını az qalır fiziki mənada məhv etsin.

Dördüncüsü, bəlkə də ən acınacaqlısı budur ki, müzakirələr (daha doğrusu mübahisələr) zamanı kənar müşahidəçidə belə bir təsəvvür yaranırdı: insanı danışdıran xisləti və düşüncəsi deyil, təəssübü və qərəzidir. “Bizimkidirsə” – müdafiə etməlisən, “səngərin o tayındadırsa” – baltala getsin!

Və nəhayət, son Məhərrəmlikdə saytımızda dərc edilən bir yazıdan bəzi məqamları xatırlatmaq istərdik: “...Sadəcə olaraq bu rövzə məclislərini quranda, rövzə repertuarı seçəndə nəzərə almaq lazımdır ki, auditoriya nə 19, nə 20, hətta 21-ci əsrin əvvəlinin də auditoriyası deyil. Camaatı ağlatmaq naminə söylənilən nağıllar artıq effektiv deyil. Vaizi dinləyib rövzədən boyun qaçırmaq onu göstərir ki, dindarlarımız daha çox tarixi faktlara söykənən, real hadisələri daha dəqiq əks etdirən məlumatlara rəğbət bəsləyirlər, nəinki əfsanə və nağıllara.

Bəs neyləyək? Rövzə və mərsiyələri ləğv edək? Qətiyyən! Əlbəttə ki, yox! Artıq qeyd etdik ki, Aşuranı yaşadan amillərdən biri də elə onlardır. Bəs nə? Bu barədə düşünməyinə dəyər. Hər halda ustadlar, dəyərli ilahiyyatçılarımız bu suala daha yaxşı cavab verərlər. Biz isə belə bir variant təklif edərdik: rövzə və mərsiyələrin seçimində daha diqqətli olmaq, artistlik edib səsi titrədərək özünü guya qəmgin və məyus göstərməkdən uzaq durmaq (bir zamanlar bu keçərli olub bəlkə də, amma indi bu qeyri-səmimiyyət təsiri bağışlayır), mətnlərdə imkan dairəsində daha çox müasir Azərbaycan sözlərindən istifadə etmək...” (Rövzə məclisləri: hər şey olduğu kimi qalsın?)

Fikrimizcə, orda qabardılan problemlər hələ uzun müddət aktuallığını itirməyəcək. Bu inamımıza isə elə son hadisələr ən gözəl sübutdur.



Yerləşdirilib:15 Yanvar, 2018  16:11, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 17
Müəllif: Zahir | 15 Yanvar, 2018  21:14
# Ответить
-3


]]>]]>

Allah Rəsulu məşhur hədisində (s.a.v.s) Qurani-Kərimdən hər oxunan bir hərfə 10 savab deyib. Rövzə-mövzələri dinləməkdənsə Quranı açıb Allah Kəlamı oxumaq əfzəldir ki, Qiyamət Günündə tərəziyə bir şey qoya biləsən. Bilmirsən Quran oxumağı? Zəhmət çək get öyrən Allahın Rizasını qazanmaq üçün. Həyat qısadır. Rövzələrdənsə bir dəfə Kəlimeyi Tövhid Lə İləhə İlləllah demək əfzəldir.
Müəllif: XXX | 16 Yanvar, 2018  11:09 | Ответ на #12193
# Ответить
+1


]]>]]>

Onda sən işə getmə, otur evdə Quran oxu. Toylara getmə, evdə Quran oxu. YAs məclislərinə də getmə, orda nə savab var e? Quran oxu! Uşağı məktəbə aparma, Quran oxu! Və s. Quran oxumağın savabını heç kim danmır. Amma bu o demək deyil ki, elə həyata ancaq Quran oxumaq üçün gəlmişik. Bir də ki, sən nə savab ölçən cihazsan, nə də səndə belə cihaz yoxdur. Öz arşınınla camaatın parçasını kəsməyə cəhd eləmə...
Müəllif: Zahir | 16 Yanvar, 2018  18:27 | Ответ на #12205
# Ответить
-1


]]>]]>

Sən deyəsən latın əlifbasını tanımırsan. Əks halda diqqətlə oxuyardın yazılmışları. Savab cihazı Allah Rəsulunun (s.ə.v.s) hədisləridir. Çunki onun söylədiyi hər söz vəhydir. Sənin kinayə ilə dediyn sözlər ki, biz yalnız Quran oxumaq üçün Dünyaya gəlməmişik, Allah məhz Quranda öz ilahı kəlamları ilə ona da cavab verir. Zariyət surəsi 56-cı ayə: "Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım." Adəm oğlunun yaradılış qayəsi budur-Allaha heç bir şeyi şərik qoşmayaraq ibadət etmək. O ki qaldı rövzələrə. Get qulaq as. sənə qalan deyəsən rövzə olacaq.
Müəllif: XXX | 17 Yanvar, 2018  10:10 | Ответ на #12221
# Ответить
0


]]>]]>

Sən isə əxbari ilə quranbilərin eybəcər sintezisən ))) Ujas filmi qəhrəmanı. İslam nə təfriti bəyənir, nə də ifratı. Səndə isə ya təfritdi, ya da ifrat. Sən deyəsən həqiqətən dənə yas məclislərinə və toylara gedib xeyir-şərə yarayan adam deyilsən, nə də kiminsə dadına çatan deyilsən. Allah rəhmət eləsin Lənkərani ağaya.Deyirdi ki, vacibatları yerinə yetirin, müstəhəblər əvəzinə isə insanlara yardım edin. Amma sənin məhdud təfəkkürün və dünya görüşün hara, o rəhmətliyin əqli hara
Müəllif: Sadiq | 17 Yanvar, 2018  11:31 | Ответ на #12229
# Ответить
0


]]>]]>

Mübahisənizə müdaxilə etmək istəmirəm. Amma hər ikinizdə yanlış var qardaşlar. Bir-birini ittiham eləmək yerinə bəlkə ümumi razılığa agələsiniz
Müəllif: Zahir | 17 Yanvar, 2018  19:03 | Ответ на #12229
# Ответить
-2


]]>]]>

Sən deyəsən çox sevdiyin yaslarda, palatkalarda, ixlassız ağlaşmalarda o qədər olmusan ki, şeytan sənə vəsvəsə edib, artıq qeybi bildiyini iddia edirsən və məni tanımadan mənim haqqımda mülahizələr yürüdürsən, zənnlər edirsən. Mən bilmirəm sən hansı Tağuta iman gətirmisən, amma müsəlmanlar Allah və Rəsuluna (s.ə.v.s)iman gətirirlər. Allah Hucurat surəsi 12 ayədə buyurur:"Ey iman gətirənlər! Zənnə çox qapılmayın..." Sən qardaşlar haqqında pis zənndəsən. Bir də hətta adını yazmağa cürət etməmisən ki, bu da bir göstəricidir. Həttə klaviaturaya gücün çatmayıb ki, hərfləri sıxıb adını yazasan. Amma əhli beyt sevgisindən, Lənkəranidən mənə dəm vurursan.
Müəllif: XXX | 18 Yanvar, 2018  17:29 | Ответ на #12237
# Ответить
-1


]]>]]>

))))))) Sən indi hüsnü-zənn elədin! Aaaafəriiiin, cürətli qaqaş! )))Hərdən başqasının gözündə çöp aramağa başlamazdan öncə öz gözündəki meşəliyi təmizlə. Hüsnü-zənninə bərəkallah!
Müəllif: Sadiq | 15 Yanvar, 2018  22:18
# Ответить
0


]]>]]>

Çox gözel münasibet. Onsuz da ağını çıxarıblar. Amma günah yene bizdedir. Çünki bir terefden tenqid edib diger terefden toylarımızda oxyduruq.
Müəllif: Rafael | 15 Yanvar, 2018  22:25
# Ответить
+5


]]>]]>

Sözü geden "meddahin" bu qeder ağ elemesine sebeb hamımızın yaxşı tanıdığı ilahiyyatçının ona verdiyi destekdir. Çağırıb meclisin başında oturdur. Bunun da ayağı yer alır. FB da da onu müdafie edenler ele hemin mescudin ehlidir. Heç kim sozumden incimesin. Amma reallıq budur
Müəllif: Sadiq | 15 Yanvar, 2018  22:31 | Ответ на #12195
# Ответить
0


]]>]]>

Haqlisan qardaş. Bu da var. İndi soruşsan deyecekler ki, deyme özümüzünkudur. Vallah gülmülidir. Bele cixir ki, qardaşım günah edir demirem ki, qardaşımdı. Bu ne mentinqdir axi?
Müəllif: Mail | 15 Yanvar, 2018  22:35
# Ответить
0


]]>]]>

Bir-iki nəfəri çıxmaqla hamısı elə eyni gündədir. Məscidin ortasında rozə deyə-deyə nətər dizinə vurdusa ürəyim qopdu ki, görəsən nə olub. Rozəni komediyaya, surudu diskoya çeviriblər. Hələ sosial şəbəkədə artistlik etməyi demirəm. Nəysə...
Müəllif: Yaver | 15 Yanvar, 2018  22:41
# Ответить
0


]]>]]>

Neçə gündür Fb-da qırğın gedir. İki dəstə qırır bir-birini. Hətta söyüş təhqir. Amma bütün bunlar Vallah mənasızdır. çünki klarnetlə oxuyan yenə oxuyacaq, onu bəyənən yenə beyənəcək, bəyənmyən yenə bəyənməyəcək. Ortada qalan dava-dalaş olacaq.
Müəllif: Huseyn | 16 Yanvar, 2018  09:41
# Ответить
0


]]>]]>

Bu adam hər il bi şou ilə gündəmə gəlir də.
Müəllif: Elnur | 16 Yanvar, 2018  10:10
# Ответить
0


]]>]]>

Bəsdirin də. Seyidin ətini yediniz. Nə edir yaxşı eləyir. Gözü götürməyənlər qara yaxmağa öyrəşiblər.
Müəllif: Elnura | 16 Yanvar, 2018  11:06 | Ответ на #12203
# Ответить
0


]]>]]>

Bu yazıya bir də diqqətlə bax, Elnur, 4-cü bənd sırf sənə aiddi )))
Müəllif: Elnur | 16 Yanvar, 2018  12:26 | Ответ на #12204
# Ответить
0


]]>]]>

Onsuz da bir çoxları üçün kiminsə dalınca danışmaq adət halını alıb. O, ki qaldı mənə nəyin aid-olub-olmamasına her kes özünü cavabdehdir
Müəllif: Resad | 16 Yanvar, 2018  13:48
# Ответить
0


]]>]]>

Dini oyuncaq ediblər bu məddahlaın bəziləri. Xüsusən də taleh. Gah stolun üstünə çıxdı, gah əmiqizi oldu, gah ruhaniləri təhqir elədi, gah da ki, ... bitir ki. birdi-ikidi? Bu adama dur demək lazımdır. ondan əvvəl buna dəstək olana insaf versin Aııah day hec ne demirem
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com