 | POPULYARXƏBƏRLƏR |




|
 Vüsal Əliyev
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da.
Nizami
Ətraflı| Şərhlər: 0 | Дата: 13 Yanvar, 2015
|
Parisdə terror aktı törədilənin səhəri artıq KİV-də müsəlmanların özünə bəraət qazandırma kampaniyasına start verildi. Bəzilərinə görə bu cinayətin arxasında ABŞ və İsrail, bəzilərinə görə isə Fransa xüsusi xidmət orqanları dayanıb. Belə bir şey ola bilərmi? Niyə də olmasın axı? Məgər dünyanın nəhəng güclərinin son illər ərzində həyata keçirdiyi siyasətə nəzər saldqıda məhz müsəlman ölkələrin və müsəlmanların qurbanlıq seçildiyini görmürükmü? İndi bu qlobal anti-İslam kampaniyasının aparılmasına xatir 5-10 avropalının başından keçmək böyük problemdirmi?
Ətraflı| Şərhlər: 0 | Дата: 9 Yanvar, 2015
|
Təqvim ilinin dəyişməsi ərəfəsində yenə də ənənəvi olaraq Şaxta baba, Santa Klaus, Qar qız, küknar ətrafında “dini-fəlsəfi” müzakirələr qızışır. Dekabrın 31-i sanki iman göstəricisi kimi önə çəkilir: həmin gün şənlənən, həmin günü xüsusi olaraq qeyd edən – kafir, münafiq, ən yaxşı halda fasiqdir. Yox, qeyd etməyən, sosial şəbəkələrdə, yazılarında, çıxışlarında, qeydlərində “Ded Moroz”u yıxıb-sürüyən, onun zatına lənət oxuyan isə əsl müsəlmandır. Dartışmalara müdaxilə etməyərək məsələyə bir başqa aspektdən yanaşmaq, fikirlərimizi qısaca bölüşmək istərdik.
Ətraflı| Şərhlər: 4 | Дата: 25 Dekabr, 2014
|
Demək olar ki, dünyanın bütün meqapolislərində bu problem yaşanır: yollarda nəqliyyat sıxlığından yaranan tıxaclar. Bu problem Bakımızdan da yan ötməyib. Onun aradan qaldırılması üçün müxtəlif təkliflər irəli sürülsə də, faydası olmayıb. Amma mən yeni, indiyə qədər analoqu olmayan bir variant fikirləşmişəm ki, paytaxtımızı tıxaclardan xilas edə bilər. Özü də bu variant ancaq Bakı üçün keçərlidir a, nəzərdən qaçırmayın. Nəyimizə lazımdır Paris, London, Berlin? Əsas özümüzük. Beləliklə, layihəni izah edirəm və əsas müddəalarını təqdim edirəm.
Ətraflı| Şərhlər: 1 | Дата: 4 Dekabr, 2014
|
“Adət-ənənələrimizi qoruyaq!”, “Adətlərimizi unutmayaq!”. Bu şüarla gündəmə gələnə həm dar çərçivədə, həm də geniş auditoriya qarşısında dəstək təmin edilib. Amma bu “adət” sözünün başqa bir yozumu da var – vərdiş. Bəzi vərdişlərdən söz açmaq istərdim. O vərdiş halını almış adətlərdən ki, onları qorumaq yox, onlarla mübarizə aparmaq, onlardan qurtulmaq lazımdır.
Ətraflı| Şərhlər: 2 | Дата: 2 Dekabr, 2014
|
Azərbaycanda, rayon mərkəzlərinin birində 4 mərtəbəli villa var. Hacıya məxsusdu. Deyilənə görə, hər mərtəbəsi bir arvad üçündür. Sonuncu dəfə həmin rayona səfərim vaxtı xəbər alanda, 4-cü mərtəbə hələ boş idi, sahibəsini gözləyirdi. Yerli sakinlərin sözlərinə görə, hacı söz verib ki, bu dəfə livanlı qızı alacaq, çünki onlar çox gözəl olurlar.
Ətraflı| Şərhlər: 0 | Дата: 19 Noyabr, 2014
|
Hər il Aşuraya bir neçə gün qalmış bir dəstə insan peyda olur və bu məmləkətin sakinlərinə sübut etmək istəyir ki, bəs Məhərrəm ayında da, elə Məhərrəm ayının 10-cu günündə də həm toy etmək olar, həm də şənlənmək, bəs bu Məhərrəm ayının qara libasını çıxarıb mütləq qırmızı geyindirməliyik. Bu canfəşanlığa da böyük əksəriyyəti Məhərrəm ayını tam ciddiliklə matəm kimi keçirən Azərbaycan əhalisi müxtəlif reaksiya göstərir. Kimi “qırmızı lent aşiqlərinə” lənət göndərir, savadı yetərincə olanlar hədis kitablarına müraciət edib haqlı olduqlarını isbatlamağa çalışır, bəziləri zəmanəni ittiham edir, bəziləri də “it hürər karvan keçər” prinsipinə üstünlük verib susurlar. Kimdir haqlı?
Ətraflı| Şərhlər: 1 | Дата: 6 Noyabr, 2014
|
Məhərrəmlik ayı başlayanda dini cameədə də “Aşura dərsləri” mövzusunda müzakirələrə start verilir. KİV-də, sosial şəbəkələrdə, məscidlərdə, dindarların dar çərçivədə təşkil etdikləri məclislərdə İmam Hüseyn (ə) hərəkatının biz, sıravı müsəlmanlara nə kimi ismarıclar buraxdığı haqqında fikirlər bölüşülür. İrfan, fəlsəfə, kiçik və böyük qeybət dövrü, Allahın sifətləri və s. böyük və geniş əhatə dairəsi olan söhbətlərin şahidi oluruq. Amma mən bu böyük mövzulara toxunmaq istəmirəm. İstəyirəm ilk baxışdan kiçik, çox zaman diqqət yetirmədiyimiz, təəssüf ki, bəlkə artıq adət etdiyimiz problemdən (kimlərsə bunu artıq heç problem də saymır) danışaq.
Ətraflı| Şərhlər: 0 | Дата: 3 Noyabr, 2014
|
Qara bayraqlar, qara köynəklər, mərsiyələr, rozələr, sinəzənlər, göz yaşları. Müsəlmanlar Məhərrəm ayını yaşayır. Yüzilliklərin ənənəsinə uyğun olaraq. Əsrlər boyu dəyərli alimlərimiz, ustadlarımız, övliyalarımız imam Hüseyn (ə) hərəkatı haqqında o qədər dəyərli sözlər deyiblər, o qədər dəyərli əsərlər yazıblar ki, bu sahəyə nəsə bir yenilik gətirmək çox çətindiк. Bəlkə də, heç ehtiyac yoxdur. Sadəcə olaraq son günlərin, ayların hadisələri Məhərrəm mərasimləri fonunda bəzi düşüncələrə qərq etdi və bölüşməyə vadar etdi.
Ətraflı| Şərhlər: 1 | Дата: 28 Oktyabr, 2014
|
1996-cı il can üstə idi. Şəhərin dükanlarının vitrinləri heç də Bakının çiskinli və küləkli havasına uyğun olmayan kefi kök saqqallı kişinin və gülümsəyən “nəvəsinin” şəkilləri ilə bəzədilmişdi. Hamı bu ilin “Fatihə”sinin tez verilməsini arzulayırdı: bəziləri bir neçə gün dincəlmək şansı qazanmaq üçün, bəziləri isə masa ətrafında əyləşib “pənco-pənco” araq vurmaq üçün...
Ətraflı| Şərhlər: 1 | Дата: 16 Oktyabr, 2014
|
|
|
11 səhifədən 7 << < 3 4 5 6 7 8 9 10 11 > >>
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|