 | POPULYARXƏBƏRLƏR |




|
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Gürcüstan katolikos patriarxı II İlya "Müqəddəs Georgi" məbədinin keşişi İosif Canbazaşvilini geri çağıraraq onun yerinə Georgi Abasaşvilini təyin edib. Yeni təyin olunmuş keşiş bir neçə gündən sonra rayona gələrək səlahiyyətlərinin icrasına başlayacaq. Qax-ingiloy kəndindəki mənbələrdən APA-nın yerli bürosuna daxil olan məlumata görə, G. Abasaşvili üç il bundan əvvəl də bu məbəddə keşiş vəzifəsində çalışıb. Bundan bir il əvvəl isə onu İ. Canbazaşvili əvəz edib. G. Abasaşvilinin keşiş olduğu dövrdə Qax rayonunda yaşayan gürcülərin dinlə bağlı heç bir problemi yaranmayıb.
Ətraflı| Şərhlər: 0 | Дата: 30 Oktyabr, 2007
|
Ötən gün Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev və Tbilisi şəhərinin vitse-meri Zurab Sereteli Qax rayonuna qeyri-rəsmi səfər ediblər. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, nümayəndə heyətinin tərkibində Qazaxıstan, Rumıniya və Çinin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfirləri də olub.
Ətraflı| Şərhlər: 0 | Дата: 30 Oktyabr, 2007
|
Bakıda səfərdə olan Vatikanın Azərbaycandakı nümayəndəsi Klaudio Qucerotti dövlət orqanlarında görüşlər keçirəcək
Vatikanın Azərbaycandakı nümayəndəsi – nunsi Klaudio Qucerotti Bakıda səfərdədir. Bakı katolik kilsəsinin rəhbəri Yan Çaplanın APA-ya verdiyi məlumata görə, nunsi Azərbaycan Prezident Aparatı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsində görüşlər keçirəcək.
Ətraflı| Şərhlər: 0 | Дата: 30 Oktyabr, 2007
|
"Bu gün də olmasa, sabah belə təhlükə cəmiyyət üçün çox qorxulu ola bilər". Daxili İşlər naziri Ramil Usubov bunu oktyabrın 29-da Milli Təhlükəsizlik Nazirliyinin bir qrup vəhhabiyə qarşı həyata keçirdiyi əməliyyatdan sonra deyib.
Ətraflı| Şərhlər: 0 | Дата: 30 Oktyabr, 2007
|
Əməliyyatın nəticələri barədə hər hansı məlumat verilməyib
Oktyabrın 28-də və 29-da gecə saatlarında hüquq- mühafizə orqanlarının əməkdaşları İsmayıllı rayonu (Bakıdan 190 kilometr şimal-qərb) ərazisində vəhabilərə qarşı əməliyyat keçirib. Bu barədə Turan informasiya agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.
Ətraflı| Şərhlər: 0 | Дата: 30 Oktyabr, 2007
|
Brüsseldə fəaliyyət göstərən Beynəlxalq Böhran Qrupu xüsusi hesabat yayıb. Həmin hesabatda "Hizbut-Təhrir"in fəallaşmasından bəhs olunur. Hesabatda deyilir: "Bizdə olan məlumatlara görə, bu hərəkat aktiv fəaliyyətə keçməyə hazırlaşır. Əsas diqqət İraq, Əfqanıstan, Orta Asiya və Qafqaza yönəlib. Həmin regionlarda terror aktları, zorakılıq və radikal ekstremizmin güclənəcəyini istisna etmirik".
Ətraflı| Şərhlər: 0 | Дата: 30 Oktyabr, 2007
|
Fəlsəfə elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru, İslamşünaslığın Tədrisi və Tədqiqi Elmi Mərkəzinin rəhbəri Əsədulla Qurbanov dünənki qəzetlərdən birinə verdiyi açıqlamasında dini maarifçilikdən danışarkən Azərbaycanda Quranın uşaqlar üçün variantının olmamasına da irad tutub. "Nə üçün xristianların ardıcılları üçün "Uşaq bibliyası" kitabı olsun, "Uşaq Quranı" olmasın?" deyə Ə.Qurbanov sual edib.
Ətraflı| Şərhlər: 0 | Дата: 29 Oktyabr, 2007
|
Atışma nəticəsində polisə qumbara atmaq istəyən dəstə üzvü öldürülüb
Bakının Maştağa qəsəbəsində polislərlə silahlı qruplaşma arasında atışma baş verib. Atışma nəticəsində bir nəfər ölüb. "Novosti-Azerbaycan" agentliyinin məlumatına görə, polisə qəsəbədəki bağ evlərindən birində silahlı qruplaşma yaşaması haqqında operativ məlumat daxil olub. Hüquq mühafizə orqanlarının əməkdaşları əməliyyat keçiriblər. Əməliyat zamanı şübhəli şəxslər polisə atəş açmağa başlayıblar. Evdəki kişilərdən biri isə polislərə qumbara mərmisi atmaq istəyərkən vurulub. Daha iki nəfər isə həbs edilib.
Ətraflı| Şərhlər: 0 | Дата: 29 Oktyabr, 2007
|
Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin paytaxtında keçirilən "Qloballaşma şəraitində xristianlıqla islamın dialoqu" adlı beynəlxalq elmi konfransın nümayəndələrinin bir qrupunu qəbul edib.
Ətraflı| Şərhlər: 0 | Дата: 29 Oktyabr, 2007
|
Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Zaqatala filialında təhsil alan hicablı tələbələr dərsə buraxmayıblar və onlara bir daha instituta gəlməmək barədə xəbərdarlıq edilib.
Ətraflı| Şərhlər: 0 | Дата: 29 Oktyabr, 2007
|
|
|
777 səhifədən 765 << < 761 762 763 764 765 766 767 768 769 > >>
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|