 | POPULYARXƏBƏRLƏR |




|
Səid Dadaşbəyli və daha 15 nəfərin işi ilə bağlı məhkəmə prosesi davam edir. Ötən həftə təqsirləndirilən şəxsin vəkili Elçin Qəmbərov məhkəmə prosesində yaşanan qanun pozuntuları ilə bağlı mətbuata açıqlama verib. E.Qəmbərov bildirib ki, təqsirləndirilən şəxslərin işi ilə bağlı 41 dini ədəbiyyata rəy verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ekspertləri Ceyhun Məmmədov və Əliheydər Zülfüqarov müqəddəs Qurani-Kərimi də "ekstremist kitab"lar siyahısına salıblar.
Ətraflı| Şərhlər: 0 | Дата: 9 Noyabr, 2007
|
Bu il Səudiyyə Ərəbistanı Krallığının Həcc ziyarəti ilə bağlı Azərbaycana ayırdığı kvota dolmayıb. Bu barədə APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib.
Ətraflı| Şərhlər: 0 | Дата: 9 Noyabr, 2007
|
Türkiyə prezidenti Abdullah Gül Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə görüşüb. APA-nın məlumatına görə, A. Paşazadə Azərbaycan və türk xalqlarının tarixi-mədəni yaxınlığını vurğulayaraq, Ermənistanın təcavüzü nəticəsində zərər çəkmiş Azərbaycan Türkiyənin üzləşmiş olduğu terrorizm təhlükəsini aydın başa düşür. Şeyxülislam terrorçuların dinc əhaliyə hədsiz əzab-əziyyətlər gətirən, insanların məhvi ilə nəticələnən əməllərinə qəti etirazını bildirib.
Ətraflı| Şərhlər: 0 | Дата: 9 Noyabr, 2007
|
Əbu Bəkr məscidinin imamı Qamət Süleymanov ölkədə vəhhabilərə qarşı aparılan işlərə münasibət bildirib. Q.Süleymanovun fikirləri www.abubakr-mescidi.com saytında verilib və həmin fikirləri olduğu kimi diqqətinizə çatdırırıq:
Ətraflı| Şərhlər: 0 | Дата: 7 Noyabr, 2007
|
"Çap evi" mətbəəsinin direktoru Şahbaz Xuduoğlu Milli Təhlükəsizlik Nazirliyindən onlara dini və siyasi nəşrlərlə bağlı hər hansı xəbərdarlıq edilmədiyini bildirir. "Media forum" saytına açıqlamasında Ş.Xuduoğlu deyib ki, "Çap evi"ndə dini kitablar yalnız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılıq məktubu olduqda nəşr edilir.
Ətraflı| Şərhlər: 0 | Дата: 7 Noyabr, 2007
|
Son zamanlar Azərbaycanda silahlı cinayətkar qrupun yaradılması istiqamətində səylər göstərilməsi barədə Milli Təhlükəsizlik Nazirliyinə (MTN) daxil olmuş məlumat əsasında qanunazidd hərəkətlərin vaxtında qarşısının alınması məqsədilə xüsusi əməliyyat planı hazırlanaraq həyata keçirilib.
Ətraflı| Şərhlər: 0 | Дата: 7 Noyabr, 2007
|
"Bildiyiniz kimi, hal hazırda ölkədə vəhabi bəhanəsi ilə inanclı insanlara qarşı psixoloji təzyiqlərə başlamışdır. Bu təzyiqlərin görünən və görünməyən tərəfləri vardır. Görünməyən tərəflərindən biri də, hicablıların ictimaiyyətdə artmasından qorxaraq yeni qanun layihəsi hazırlığı haqqında KİV-ləri ilə ictimaiyyətə sızdırmaqdır.
Ətraflı| Şərhlər: 0 | Дата: 5 Noyabr, 2007
|
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda ədəbi-fikir tariximizdə ilk dəfə olaraq "Azərbaycan İslam Ensiklopediyası" hazırlanır. Bu barədə APA-ya institutun mətbuat xidmətinin rəhbəri Vüqar Məmmədov məlumat verib. O bildirib ki, institutun "Din və ictimai fikir tarixi" şöbəsinin hazırladığı bu ensiklopediya üçün materialların böyük hissəsi artıq toplanıb.
Ətraflı| Şərhlər: 0 | Дата: 5 Noyabr, 2007
|
Azərbaycan Müdafiə Nazirliyinin İnformasiya İdarəsindən APA-ya verilən məlumatda bildirilir ki, Ermənistan xüsusi xidmət orqanlarının yaxın və uzaq perspektiv planlarında Azərbaycan vətəndaşları arasında dini ayrı-seçkilik, dözümsüzlük, ekstremizm toxumları səpmək, həmçinin missioner təşkilatların rolunun artırılmasını dəstəkləməklə, müsəlman dini-etnik ideyası ilə mübarizə aparmaq, İslamı ləkələyən fikirlər yaymaq, missioner təşkilatlarının fəaliyyətinin gücləndirilməsi nəticəsində Azərbaycanı dini zəmində əməliyyat meydanına çevirmək məqsədi güdülür.
Ətraflı| Şərhlər: 0 | Дата: 5 Noyabr, 2007
|
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) "İslam sülhün və qardaşlığın rəmzidir" adlı layihə çərçivəsində Bakıdan Məkkəyə piyada gedən iki üzvü - Şahid Qurbanov və Sahib Kazımovun Türkiyədən Suriyaya keçməsində viza məsələsi ilə bağlı yaranan problem Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən həll edilib. Marafon iştirakçısı Şahid Qurbanov APA-ya bildirib ki, Türkiyə rəsmiləri və Suriyanın bu ölkədəki səfirliyi onların bu istiqamətdə hərəkət etməsinin təhlükəli olduğunu söyləyiblər.
Ətraflı| Şərhlər: 0 | Дата: 5 Noyabr, 2007
|
|
|
777 səhifədən 762 << < 758 759 760 761 762 763 764 765 766 > >>
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|