 | POPULYARXƏBƏRLƏR |




|
Milli Təhlükəsizlik Nazirliyi ağır cinayət hadisələrinin törədilməsində təqsirləndirilən 1975-ci il təvəllüdlü, Bakı şəhəri sakini, Müdafiə Nazirliyinin Xanlar rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsinin zabiti baş leytenant Kamran Əsədov özünün də daxil olduğu radikal vəhhabi qrupu ilə bağlı əməliyyat-axtarış tədbirlərini davam etdirib.
Ətraflı| Şərhlər: 0 | Дата: 14 Noyabr, 2007
|
Prezident İlham Əliyev Bakıda səfərdə olan Amerika İsrail İctimai Məsələlər Komitəsinin nümayəndə heyəti ilə görüşüb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Dövlət başçısı Azərbaycanın ABŞ və İsrail ilə ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq, Amerika İsrail İctimai Məsələlər Komitəsinin nümayəndə heyətinin səfərinin ölkələrimiz arasında mövcud olan tərəfdaşlığın daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyini bildirib.
Ətraflı| Şərhlər: 0 | Дата: 14 Noyabr, 2007
|
Azərbaycan hakimiyyəti dini sabitliyi pozmağa cəhd göstərən daxili və xarici qüvvələr üzərində nəzarəti gücləndirəcək
"Təəssüflər olsun ki, bu gün Azərbaycanda bəzi daxili və xarici dini və digər strukturlar əhalini dini qarşıdurmaya cəlb etmək istəyirlər". Bu barədə cümə günü jurnalistlərə Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.
Ətraflı| Şərhlər: 0 | Дата: 14 Noyabr, 2007
|
Onlar "LukOyl" yanacaqdoldurma məntəqəsinə basqın etdiklərini və ABŞ-ın Azərbaycandakı səfirliyinə qarşı terrorçuluq aksiyası hazırlandıqlarını etiraf ediblər
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən keçirilən əməliyyat nəticəsində axtarışa elan olunmuş radikal vəhhabi qrupunun üç üzvündən ikisi – Kamran Əsədov və Fərid Cabbarov tutulublar.
Ətraflı| Şərhlər: 0 | Дата: 14 Noyabr, 2007
|
Bir neçə gündür Bakı metropolitenində dini ədəbiyyatın satışına qadağa qoyulması haqqında xəbərlər yayılır. Faktı metro keçidlərində xırda ticarətlə məşğul olanlar da təsdiq edir. Metronun "Ulduz" stansiyasının keçidində dini ədəbiyyatla yanaşı möhür, təsbeh, müxtəlif dualar, dini suvenirlər satdığını dəfələrlə gördüyüm satıcı isə bu işlə məşğul olduğunu ümumiyyətlə, boynuna almadı: "Biz dini ədəbiyyat satmırıq".
Ətraflı| Şərhlər: 0 | Дата: 10 Noyabr, 2007
|
Bu barədə məlumatı polisə qadının qızı açıqlayıb
Astara rayonu Təngərud kənd sakini Zinyət Yasin qızı Məlikova Astara rayon prokurorluğuna müraciət edərək anasının ölüm səbəbini açıqlayıb. O anasının ölümündə atası Yasin Məlikovu təqsirli bilib. Belə ki, atası mütəmadi olaraq anasını döyüb, işgəncələr verirmiş. Axırıncı dəfə isə evdən qovulan ana məcburiyyət qarşısında ata ocağına gedib və elə həmin evdə də vəfat edib. Onun övladları isə bu vaxta qədər atalarından qorxduqlarından bu məsələni heç kimə danışmağa cəsarət etməyiblər.
Ətraflı| Şərhlər: 0 | Дата: 10 Noyabr, 2007
|
"Biz Azərbaycan vətəndaşının dini inancından öz siyasi, iqtisadi və digər maraqları naminə istifadə etmələrinə heç kimə imkan verməyəcəyik. Son zamanlar bəzi daxili və xarici dini, qeyri-dini qurumlar Azərbaycanda məhzəbçilik, məhzəbçilik üzərində dini qarşıdurma, insanları bu və ya digər dini tədbirlərə, təriqətlərə sövq etmək məqsədi ilə müəyyən aksiyalar keçiriirlər. Əlbəttə, biz dövlət olaraq buna göz yuma bilmərik".
Ətraflı| Şərhlər: 0 | Дата: 10 Noyabr, 2007
|
Bu gün Fövqəladə Hallar Nazirliyindən mütəxəssislər gələrək, hadisə yerinə baxış keçiriblər
İmam Hüseyn məscidinin çatlamasına səbəb olan inşaat işləri hələ də davam edir. Bu barədə ANS PRESS-ə "İmam Hüseyn" (Tövbə) məscidinin imamı Hacı Əbdül bildirib. Hacı Əbdül məsciddəki sürüşmə və çatlarla bağlı vəziyyətlə əlaqədar Fövqəladə Hallar Nazirliyinə, Bakı meri Hacıbala Abutalıbova, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxulislam Hacı Allahşükür Paşazadəyə və baş nazirin müavini Abid Şərifova məktub yazdıqlarını bildirib.
Ətraflı| Şərhlər: 0 | Дата: 10 Noyabr, 2007
|
Vatikanın Dövlət katibi Tarçizio Bertonenin Bakıya rəsmi səfərinə hazırlıq görülür. Səfər zamanı Dövlət katibi Bakıda Azərbaycanla siyasi əməkdaşlığın perspektivlərini müzakirə etmək niyyətindədir. Bu barədə çərşənbə günü "Trend"ə Roma katolik kilsəsinin Azərbaycandakı nümayəndəsi Yan Çapla məlumat verib.
Ətraflı| Şərhlər: 0 | Дата: 9 Noyabr, 2007
|
Metro və keçidlərdə fəaliyyət göstərən kitab mağazaları və köşklərdən imamların şəkilləri və süvenirləri yığışdırılıb
Azərbaycanda hər növ dini ədəbiyyatların satışına qadağa qoyulub. Bu barədə ANS PRESS-ə mağaza və qəzet köşklərində çalışan satıcılar məlumat veriblər. Onların sözlərinə görə, iki gün əvvəl özünü hüquq-mühafizə orqanın əməkdaşları kimi təqdim edən şəxslər dini ədəbiyyatların satışdan yığışdırılması haqqında göstərişlər veriblər. Bu gün səhər isə Qurani-Kərim, Şəriət kitabları, hədislər və Məhəmməd Peyğəmbərin həyatına dair kitablar metroda və keçidlərdə fəaliyyət göstərən mağazalardan yığışdırılıb.
Ətraflı| Şərhlər: 0 | Дата: 9 Noyabr, 2007
|
|
|
777 səhifədən 761 << < 757 758 759 760 761 762 763 764 765 > >>
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|