POPULYARXƏBƏRLƏR

Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialında təhsil alan hicablı tələbələr dərsə buraxmayıblar

Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Zaqatala filialında təhsil alan hicablı tələbələr dərsə buraxmayıblar və onlara bir daha instituta gəlməmək barədə xəbərdarlıq edilib.

Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna AMİ-nun Zaqatala filialının tələbələri məlumat verib. Tələbələrin sözlərinə görə, ötən gün institutun humanitar fənlər fakültəsinin dekanı Əminət Haxova 8 hicab geyinmiş tələbəni dərsdən çıxarıb və onların örtüklərini çıxarmayacaqları təqdirdə, dərsə buraxılmayacaqlarını deyib. Hicablı qızların dediyinə görə, yeni dərs ili başlayan gündən İnstitutda onlara baş örtüklərini açmaqla bağlı xəbərdarlıqlar edilib.

Hicablı qızlar onlara qarşı edilənlərlə bağlı şikayət edəcəklərini deyiblər.

AMİ-nun Zaqatala filialının humanitar fənlər fakültəsinin dekanı Ə. Haxova isə APA-nın bölgə bürosuna açıqlamasında hicablı qızların institutdan xaric edilmədiklərini deyib. O, ötən gün 8 nəfər hicablı qıza geyim qaydalarını pozduqları üçün irad tutulduğunu, onlara dərsə daxil olduqları vaxt baş örtüklərini soyunmaq tövsiyə edildiyini bildirib: "Lakin onlar institut rəhbərliyinin tövsiyələrini və iradını qəbul etmədiklərini deyərək, dərsdə oturmaqdan imtina etdilər. Biz onlardan tələb edirik ki, institutda təhsil alan hər bir tələbə kimi onlar da qəbul olunmuş vahid geyim qaydasına riayət edərək, dərsə qəbul olunmuş formada və başları açıq qatılsınlar".

Azərbaycan Müəllimlər İnstitutundan APA-ya bildirilib ki, rektor tərəfindən Zaqatala filialında hicablı tələbələrin dərsə buraxılmaması ilə bağlı hər hansı tapşırıq verilməyib. Filialda baş vermiş hadisədən xəbərsiz olduqlarını bildirən tədris şöbəsinin müdiri Şamil Qasımlı məsələ ilə maraqlanacaqlarını deyib.

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu isə baş vermiş hadisə ilə bağlı onlara hər hansı müraciət daxil olmadığını deyib. O, bu barədə yalnız mətbuatdan məlumat aldıqlarını qeyd edib: "Biz indi bununla bağlı araşdırma aparırıq, nə baş verdiyini öyrənməyə çalışırıq. Həqiqətən problem yaranıbsa, onun həlli istiqamətində mümkün addımlar atılacaq".



Yerləşdirilib:29 Oktyabr, 2007  06:49, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com