 | POPULYARXƏBƏRLƏR |




|
Azərbaycanlı zəvvarların Həcc ziyarətinə hazırlığı başa çatıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovun APA-ya verdiyi məlumat görə, zəvvarlar artıq qruplara bölünüb. Onlara viza alınması prosesi isə başa çatmaq üzrədir. M. Payızov zəvvarların ilk qrupunun Həccə dekabrın 3 və 5-də iki karvanla göndəriləcəyini deyib: "Hər karvanda 35 avtobus olacaq. Hər il olduğu kimi, bu il də zəvvarların Azadlıq meydanından yola salınacağı gözlənilir". Şöbə müdiri zəvvarların təyyarə ilə 9, 10, 12 və 13 dekabrda yola salınacağını bildirib. Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığı Həcc ziyarəti ilə bağlı bu il Azərbaycana 6000 nəfərlik kvota ayırıb.
Ətraflı| Şərhlər: 0 | Дата: 2 Dekabr, 2007
|
Avtobusla gedənlər dekabrın 3-də, təyyarə ilə gedənlər isə dekabrın 9-da səfərə çıxacaq
Gələn həftədən başlayaraq zəvvarlar Məkkəyə axışacaq. Bu il 5 minə yaxın azərbaycanlı zəvvar müqəddəs torpaqları ziyarət edəcək. Qafqaz Müsəlmanları İdarəsi onların səfəri üçün bütün hazırlıqları başa çatdırıb. İdarə sədrinin birinci müavini Hacı Salmanın sözlərinə görə, zəvvarlar ziyarətə həmişəki kimi həm avtobusla, həm də təyyarə ilə yola düşəcəklər. Avtobusla gedənlər ölkəni dekabrın 3-dən 5-nə, təyyarə ilə gedənlər isə dekabrın 9-dan 13-nə kimi tərk edəcək.
Ətraflı| Şərhlər: 0 | Дата: 28 Noyabr, 2007
|
Qafqaz Müsəlmanları İdarəsi onların səfəri üçün bütün hazırlıqları başa çatdırıb
Bu il Azərbaycandan 5000-ə yaxın zəvvar müqəddəs torpaqları ziyarət edəcək. Bu barədə ANS TV-yə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Məlumata görə, QMİ onların səfəri üçün bütün hazırlıqları başa çatdırıb. Qafqaz Müsəlmanları İdarəsi sədrinin 1-ci müavini Hacı Salman Musayevin sözlərinə görə, zəvvarlar ziyarətə həmişəki kimi həm avtobus, həm də təyyarə ilə yola düşəcəklər. Avtobusla gedənlər ölkəni dekabrın 2-dən 5-nə, təyyarə ilə isə dekabrın 9-dan 13-nə kimi tərk edəcək. Ümumiyyətlə isə ziyarət müddəti 18 gündür.
Ətraflı| Şərhlər: 0 | Дата: 28 Noyabr, 2007
|
Sərgidə İran və Azərbaycan mətbəələrində çap olunmuş müxtəlif çeşiddə 200-dən artıq kitab nümayiş etdirilir
Noyabrın 25-də Kitab Klubunun təqdimat zalında İran İslam Respublikasının kitabları həftəsinin açılışı olub. Tədbirin açılışında İran Mədəniyyət Mərkəzinin nümayəndəsi Həmid Səfəvi, "Əl Hoda" nəşriyyatının nümayəndəsi Rəfail Babayev və Bakı "Kitab Klubu"nun direktoru Elxan Rzayev çıxış ediblər.
Ətraflı| Şərhlər: 0 | Дата: 28 Noyabr, 2007
|
Hüseyn Ənvari: "Azərbaycana gəlişimin məqsədi iki dövlət arasındakı münasibətləri daha da artırmaqdır"
İranın "İmam Xomeyni İmdad Komitəsi"nin sədri Hüseyn Ənvari Bakıda səfərdədir. Sabah cənab Ənvarinin bir sıra nazirliklərdə görüş keçirəcəyi gözlənilir. Komitə sədri bildirib ki, səfərinin məqsədi iki ölkə arasında humanitar sahədə əməkdaşlığı genişləndirməkdir: "Azərbaycana gəlişimin məqsədi iki dövlət arasındakı münasibətləri daha da artırmaqdır. Bundan başqa, biz hər il 2-3 nümayəndəliyimizə baş vururuq.
Ətraflı| Şərhlər: 0 | Дата: 28 Noyabr, 2007
|
"Radikal dini təriqətlərə qarşı saqqal qırxmaq və bu kimi digər üsullarla mübarizə aparmaqla problemi həll etmək olmaz. Bu problemin həlli yalnız intellektual vasitələr olmalıdır". Bunu Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Qəzənfəroğlu bildirib. Onu sözlərinə görə, son vaxtlar Azərbaycan dini təriqətlərin poliqonuna çevrilir və ona görə də haqlı olaraq həyəcan təbili çalınır.
Ətraflı| Şərhlər: 0 | Дата: 28 Noyabr, 2007
|
Bu yolla zəvvarların əsas problemi həll olunacaq
Səudiyyə Ərəbistanı Həcc zamanı müsəlmanları "blutus" vasitəsilə idarə edəcək. Kral hakimiyyəti bu yolla zəvvarların əsas problemini həll etməyi planlaşdırır. "İTAR-TASS"ın verdiyi xəbərə görə, əsasən yaşlı zəvvarların iştirak etdiyi ziyarət fövqəladə hadisələrlə müşayiət olunur. Belə ki, 1990-cı ildən 2006-cı ilədək sıxlıq və ziyarət zamanı baş verən yanğınlarda ümumi hesabla 2,5 mindən çox insan həlak olub. Ən böyük faciə isə 1990-cı ildə baş verib. Həmin vaxt Məkkədən Minaya olan tuneldə 1426 nəfər ayaq altda qalaraq ölmüşdü.
Ətraflı| Şərhlər: 0 | Дата: 28 Noyabr, 2007
|
Noyabrın 23-də Mətbuat Şurasının ofisində "Media və din" adlı dəyirmi masa düzənlənəcək. Bu barədə məlumat şuradan verilib. Məlumatda vurğulanır ki, Mətbuat Şurası konkret sahələr üzrə apardığı monitorinqlərin nəticələrinə dair silsilə dəyirmi masa reallaşdırır. Dəyirmi masada Mətbuat Şurası İdarə Heyətinin üzvləri, Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul nümayəndələri, tanınmış ekspertlər, həmçinin media təmsilçiləri iştirak edəcəklər.
Ətraflı| Şərhlər: 0 | Дата: 28 Noyabr, 2007
|
"Bütün hüquq-mühafizə orqanları vəhhabi təriqətinə məxsus şəxslərin törətdiyi cinayət işləri ilə bağlı səfərbər edilib və bu cinayətlərin üstü çox uğurla açılır". Bu fikirləri Prezident Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov söyləyib. Onun sözlərinə görə, radikal vəhhabilik, dini ekstremizmlə bağlı məsələdir:
Ətraflı| Şərhlər: 0 | Дата: 22 Noyabr, 2007
|
Artıq neçə ildir ki, Vətən torpaqlarımızın bir hissəsi xain qonşularımızın tapdağı altındadır. Ermənilər həmin torpaqların Azərbaycana məxsusluğunu sübuta yetirən tarixi abidə və sənədləri təhrif edib özününküləşdirir, qədim azəri ərazilərini öz adlarına çıxmaq istəyirlər. Amma fakt budur ki, nəinki yalnız Dağlıq Qarabağ, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın və Kəlbəcər, hətta müasir Ermənistanın paytaxtı İrəvan şəhəri də tarixən Azərbaycanın tərkib hissəsi olmuşdur. Azərbaycanın tərkibindən qoparılmazdan və ermənilərin orada məskunlaşmasından əvvəl İrəvan müsəlman şəhəri olmuş, buradan dünya şöhrətli İslam alimləri çıxmışdır. Onlardan biri də mərhum Ayətullahu'l-uzma Fazil İrəvanidir.
Ətraflı| Şərhlər: 0 | Дата: 20 Noyabr, 2007
|
|
|
777 səhifədən 759 << < 755 756 757 758 759 760 761 762 763 > >>
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|