POPULYARXƏBƏRLƏR

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində "Əl Qaidə" ilə əlaqəli olan ərəb qrupu ilə birlikdə zərərsizləşd

Son zamanlar Azərbaycanda silahlı cinayətkar qrupun yaradılması istiqamətində səylər göstərilməsi barədə Milli Təhlükəsizlik Nazirliyinə (MTN) daxil olmuş məlumat əsasında qanunazidd hərəkətlərin vaxtında qarşısının alınması məqsədilə xüsusi əməliyyat planı hazırlanaraq həyata keçirilib.

MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya daxil olan məlumata görə, aparılan tədbirlərlə "Əl Qaidə" və "Əl-Cihad" kimi beynəlxalq terrorçu təşkilatlarla əlaqəli olan, ərəb mənşəli, "Əbu Cəfər" ləqəbli bir nəfərin və qeyrilərinin Azərbaycana gələrək, onlar tərəfindən vaxtilə ayrı-ayrı silahlı münaqişə zonalarında qanunsuz hərbi birləşmələrin tərkibində fəal iştirak etmiş şəxslərdən və radikallığa meylli vəhhabilərdən ibarət silahlı qrupun yaradıldığı müəyyən olunub. Həmin qrupun zərərsizləşdirilməsi üzrə hüquq mühafizə orqanları tərəfindən keçirilən birgə tədbirlər zamanı cari il sentyabrın 26-da qrup üzvlərindən biri - Qusar rayon sakini, 1975-ci il təvəllüdlü Abdullayev Telman Teymur oğlu saxlanılarkən silahlı müqavimət göstərib, odlu silahdan atəş açaraq iki polis əməkdaşını yaralayıb hadisə yerindən qaçmağa müvəffəq olub. Bundan sonra aparılmış ardıcıl tədbirlərlə qrupun digər üzvləri - Vidadi Kərimov, Adil Gərayxanov, Vitali Ağaməmmədov, Asəf Həzərov və Daniyal Abuyev tutulublar. Eyni zamanda əməliyyat yolu ilə məlum olub ki, "Əbu Cəfər"in gizli yolla Azərbaycandan çıxarılması planlaşdırılır. "Əbu Cəfər"in gizləndiyi Sumqayıt şəhərində yerləşən Rafael Rəhimova məxsus mənzil müəyyən edilərək nəzarətə götürülüb. Cari il oktyabrın 10-da keçirilmiş əməliyyat zamanı mənzilin sahibi Rafael Rəhimov və qrupun üzvləri arasında "Əbdul Malik" və "Hacı" ləqəbləri ilə tanınan Sumqayıt şəhər sakini Elçin Əlimirzəyev tutulub, "Əbu Cəfər" isə həmin ərazidə mülki əhalinin sıxlığından istifadə edib silahlı müqavimət göstərərək, odlu silahdan atəş açmaqla hadisə yerindən qaça bilib. "Əbu Cəfər"in gizləndiyi yerin müəyyən edilməsi və onun yaxalanması üçün intensiv əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilib. Həmin tədbirlərlə "Əbu Cəfər"in gizləndiyi yeni ünvan müəyyən edilib, onun həmin mənzildə qrupun digər iki nəfər üzvünün mühafizəsi altında yaşadığı, onların odlu silah və qumbara ilə silahlandıqları bəlli olub. 2007-ci il noyabrın 2-3-də xüsusi əməliyyat nəticəsində "Əbu Cəfər" və qrupun digər üzvləri - Mirzə Babayev, Qədir Hacıyev, Vüqar Əliyev, Emin Cami, Loğman Muradov, Habil Məsməliyev və Pərviz Kərimov yaxalanıblar. Əməliyyat zamanı "Əbu Cəfər" MTN əməkdaşlarına silahlı müqavimət göstərməyə cəhd edib, qumbaranın alışdırıcısının həlqəsini çıxararaq onu partladacağı ilə hədələyib. Lakin MTN-in "Qartal" Xüsusi Təyinatlı Dəstəsinin çevik və səriştəli tədbirləri ilə itkisiz və ətrafa ziyan vurulmadan "Əbu Cəfər" zərərsizləşdirilib. Qrup üzvlərinin yaxalanması və zərərsizləşdirilməsi üzrə keçirilmiş tədbirlərlə onların üzərindən, yaşadıqları mənzillərdən və gizli saxlanc yerlərindən ümumilikdə 1 ədəd AKMS tipli avtomat, 3 ədəd tapança, 1 ədəd lüləyi və qundağı kəsilmiş tüfəng, 12 ədəd əl qumbarası, 11 ədəd alışdırıcı, 1 kiloqram 75 qram trotil şaşkası, 4 metr "Biqford" şnuru, 91 ədəd partlayıcı detonatoru, 4 ədəd tapança darağı, 4 ədəd avtomat sandıqçası, 25 ədəd tapança gülləsi, 600-ə yaxın avtomat gülləsi, 3 ədəd xüsusi fonar, 2 ədəd kompas, 1 ədəd siqnal fişəngi, 1 ədəd elektrik cərəyanı ötürən aparat, Sumqayıt şəhərinin sxemi və digər ləvazimatlar aşkar edilərək götürülüb.

Fakt üzrə MTN İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.2 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı qrup), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, məhkəmənin qərarı ilə qrupun 15 üzvü təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib. İşin tam və hərtərəfli araşdırılması, cinayətin bütün iştirakçılarının müəyyən və ifşa olunması üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Yerləşdirilib:7 Noyabr, 2007  13:34, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com