 | POPULYARXƏBƏRLƏR |




|
Azərbaycan torpağının yetişdirdiyi məşhur ruhani alimlərdən biri də "Molla Mirza" və "Müdəqqiq Şirvani" ləqəbləri ilə tanınmış Məhəmməd Şirvanidir. Məhəmməd ibn Həsən Şirvani təqribən 1623-cü ildə Şirvan məntəqəsində doğulmuş, amma ömrünün çox hissəsini o dövrün dini elmlər mərkəzlərinin ən qabaqcıllarından sayılan İsfahan şəhərində keçirmişdir. Onun müəllimlərinin arasında Ağa Hüseyn Xansarinin adı xüsusi olaraq qeyd olunmalıdır. Kitablarda "Mühəqqiq Xansari" kimi də xatırlanan Ağa Hüseyn ibn Cəmaləddin 17-ci əsrin ən böyük cəfəri fəqihlərindən sayılırdı. Məhəmməd Təqi Məclisi kimi elm nəhəngindən dərs almış Ağa Hüseyn Xansari fəlsəfə, kəlam və məntiq kimi əqli elmlərdə də dərin biliyə malik idi. O, həm camaat arasında, həm də Səfəvilər sarayında böyük nüfuz qazanmışdı. Hətta Süleyman şah Səfəvi səfərə gedərkən, İsfahanda öz yerinə Ağa Hüseyn Xansarini canişin qoyurmuş.
Ətraflı| Şərhlər: 0 | Дата: 20 Noyabr, 2007
|
"Əgər Quran kompyuterdə yığılmadırsa, metroda satıla bilməz"
Metroda hər növ dini ədəbiyyatların və dini təqvim və şəkillərin satışına qadağa qoyulması doğrudur. Bunu jurnalistlərə verdiyi müsahibəsində Bakı Metropolitenin rəisi Tağı Əhmədov etiraf edib. O qeyd edib ki, bundan sonra metroda dini ədəbiyyatların satışına icazə verilməyəcək. O cümlədən Qurani-Kərimin də.
Ətraflı| Şərhlər: 0 | Дата: 20 Noyabr, 2007
|
"Tələbələrin və şagirdlərin hicabla təhsil müəssisələrinə gəlməsinin qadağan edilməsi qətiyyən insan hüquqlarının pozulması demək deyil". APA-nın məlumatına görə, bunu parlamentin İnsan haqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova son vaxtlar hicablı tələbələrin dərslərə buraxılmaması ilə bağlı yaranmış vəziyyətə münasibət bildirərkən deyib.
Ətraflı| Şərhlər: 0 | Дата: 20 Noyabr, 2007
|
"Radikal ekstremizmin səbəblərindən biri vəhhabilik və nurçuluqdur. Bu cərəyanlara qarşı mübarizəni gücləndirmək zəruridir. Bu zərərli təzahürlərin yayılmasının qarşısını almaq üçün islamı daha dərindən öyrənmək və cəmiyyəti birləşdirmək lazımdır". Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün Bakıda tolerantlıq məsələlərinə həsr olunmuş konfransda çıxış edərkən səsləndirib.
Ətraflı| Şərhlər: 0 | Дата: 20 Noyabr, 2007
|
Şeyx hesab edir ki, bu Azərbaycanın artan hərbi gücü qarşısında özünü köməksiz hiss edən Ermənistanın Qərbə müraciətidir
Qafqaz Müsəlmanları İdarəsinin başçısı Hacı Allahşükür Paşazadə Ermənistanın baş naziri Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin əsasında dini faktorun durduğu barədə dediyi fikirlə razı deyil. Şeyx bu barədə beynəlxalq tolerantlıq günü ilə əlaqədar Bakıda keçirilən "Tolerantlıq örnəyi Azərbaycan" konfransında çıxışında bildirib.
Ətraflı| Şərhlər: 0 | Дата: 20 Noyabr, 2007
|
Bu gün Bakıda Beynəlxalq Tolerantlıq Günü münasibətilə "Tolerantlıq örnəyi Azərbaycan" adlı konfrans keçirilib. APA-nın xəbərinə görə, tədbirə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Milli Məclisin İnsan haqları komissiyasının sədri Rəbiyyət Aslanova, millət vəkilləri, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri və digər şəxslər qatılıblar.
Ətraflı| Şərhlər: 0 | Дата: 20 Noyabr, 2007
|
"Yüz ildən artıqdır ki, Qarabağı itirə-itirə gəlirik, insanların sosial vəziyyəti ağırdır, onlarla problemlər var, dözürük. Ən böyük dözüm odur ki, bu gün Azərbaycanda ən azı 30 şiə kitabı qadağan olunub. Buna da dözürük. O qədər dözümlüyük ki, yəhudi, pravoslav, krişna dinlərinin hamısının kitabları yayılır. Biz isə öz dinimizlə bağlı kitab yayanda başımıza qapaz vururlar".
Ətraflı| Şərhlər: 0 | Дата: 20 Noyabr, 2007
|
Azərbaycanın İstanbuldakı Baş Konsulluğu Türkiyədə təhsil alan tələbələrin radikal dini təriqətlərə cəlb olunmamaları üçün universitetlərlə əlaqələrini gücləndirib. "Azərbaycanlı tələbələrin radikal dini təriqətlərə cəlb olunmamaları üçün onlar arasında maarifləndirmə işi gücləndirilib", çərşənbə günü "Trend"ə Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran bildirib. Onun sözlərinə görə, azərbaycanlı tələbələrin radikal dini təriqətlərə cəlb edilməsinə cəhdlər olub, lakin bunun qarşısı alınıb.
Ətraflı| Şərhlər: 0 | Дата: 17 Noyabr, 2007
|
Noyabrın 13-də Söz və Mətbuat Azadlığının Müdafiəsi Komitəsində təmsil olunan hüquq müdafiəçiləri Arzu Abdullayeva, Səidə Qocamanlı, Novella Cəfəroğlu və Səadət Bənənyarlı Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşüblər. Görüş zamanı hüquq müdafiəçiləri "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin həbsindən ciddi narahatlıqlarını bildirib.
Ətraflı| Şərhlər: 0 | Дата: 14 Noyabr, 2007
|
Bu yasaq hələlik yalnız Qurani-Kərimə tətbiq edilməyib
"Bakıda bütün dini kitabların, hətta Qurani-Kərimin də satışdan yığışdırılması ilə bağlı ən yüksək səviyyədə tapşırıq verilib". Bu barədə "Ayna"ya daxil olan məlumata əsasən, hökumət problemi mümkün qədər səs-küy olmadan həll etmək istəyir. Mənbənin sözlərinə görə, artıq mətbuat yayımı şirkətlərinə məsələ ilə bağlı xəbərdarlıq edilib. Qəzet-jurnalla bərabər həm də dini kitabların yayımı ilə məşğul olan şirkətlər artıq tədbirlərə başlayıb və hələlik satışda Qurani-Kərim saxlanılsa da, digər dini ədəbiyyatların hamısı yığışdırılıb.
Ətraflı| Şərhlər: 0 | Дата: 14 Noyabr, 2007
|
|
|
777 səhifədən 760 << < 756 757 758 759 760 761 762 763 764 > >>
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|