POPULYARXƏBƏRLƏR

Qurani-Kərimin satışına qadağa qoyulub?

Metro və keçidlərdə fəaliyyət göstərən kitab mağazaları və köşklərdən imamların şəkilləri və süvenirləri yığışdırılıb

Azərbaycanda hər növ dini ədəbiyyatların satışına qadağa qoyulub. Bu barədə ANS PRESS-ə mağaza və qəzet köşklərində çalışan satıcılar məlumat veriblər. Onların sözlərinə görə, iki gün əvvəl özünü hüquq-mühafizə orqanın əməkdaşları kimi təqdim edən şəxslər dini ədəbiyyatların satışdan yığışdırılması haqqında göstərişlər veriblər. Bu gün səhər isə Qurani-Kərim, Şəriət kitabları, hədislər və Məhəmməd Peyğəmbərin həyatına dair kitablar metroda və keçidlərdə fəaliyyət göstərən mağazalardan yığışdırılıb.

ANS PRESS-in əməkdaşlarının köşklərdə apardığı monitorinqlər də deyilənləri təsdiq edib. Satıcılar və köşk sahibləri göstərişin kim tərəfindən verildiyini bilməsələr də, deyilənləri təsdiq ediblər. Onların dediklərinə görə, imamların şəkilləri, dini suvenirlər, təqvim və digər əşyaların da satışına qadağa qoyulub. Ərazinin aid olduğu müəssisələrdən dinə aid nə varsa satışdan çıxarılması barədə göstərişlər verilib.

Qafqaz Müsəlmanları Ruhani İdarəsinin mətbuat katibi Hacı Akif bu barədə məlumatsız olduğunu desə də, dini ədəbiyyatların satışına qadağaların qoyulmasını istisna etməyib. "Onların arasında zərərli dini ədəbiyyatlar var. Onların satışına qadağa qoyula bilər. Amma Qurani-Kərimin satışına kimsə qadağa qoya bilməz. Bu mümkün deyil", - deyə Hacı Akif əlavə edib.

Bakı Metropoliteninin mətbuat xidmətindən isə məlumatı qismən təsdiq ediblər. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyevanın sözlərinə görə, bu metroya aid bir göstəriş deyil. "Dini ədəbiyyatların yığışdırılması haqqında göstəriş verilib. Amma Qurani-Kərimin satışına heç bir qadağa qoyulmayıb. Satıcıların əksəriyyəti savadsızdır. Ola bilsin onlar düzgün başa düşəyiblər", - deyə Nəzakət xanım əlavə edib. Bunun ardınca isə Nəzakət xanım öz dediyini Bakı Metropoliteninin Ticarət Departamentinə istinadən təkzib edib. "Mən elə bilirdim göstəriş verilib. Ticarət Departamenti deyir ki, heç bir göstəriş verilməyib. Ola bilsin satıcılar televizorda nə isə eşidib, qorxudan yığışdırıblar, elə bir göstəriş yoxdur".



Yerləşdirilib:9 Noyabr, 2007  16:25, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com