POPULYARXƏBƏRLƏR

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi radikal vəhhabi qrupunun üzvləri baş leytenant Kamran Əsədov və Fərid Cabbarovu həbs edib

Onlar "LukOyl" yanacaqdoldurma məntəqəsinə basqın etdiklərini və ABŞ-ın Azərbaycandakı səfirliyinə qarşı terrorçuluq aksiyası hazırlandıqlarını etiraf ediblər

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən keçirilən əməliyyat nəticəsində axtarışa elan olunmuş radikal vəhhabi qrupunun üç üzvündən ikisi – Kamran Əsədov və Fərid Cabbarov tutulublar.

MTN ictimaiyyətlə əlaqələr mərkəzindən APA-ya verilən məlumata görə, ağır cinayət hadisələrinin törədilməsində təqsirləndirilən 1979-cu il təvəllüdlü, Bakı şəhər sakini, Müdafiə Nazirliyinin Xanlar rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsinin zabiti baş leytenant Kamran Əsədov özünün də daxil olduğu radikal vəhhabi qrupunun digər üzvləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xidmət etdiyi hərbi hissədən 4 avtomat, 1 "PK" əl pulemyotu, 20 əl qumbarası, xeyli sayda avtomat silah üçün patron və hərbi ləvazimat oğurlayaraq hərbi hissəni özbaşına tərk edib.

Kamran Əsədov və qrupun digər üzvləri oğurladıqları silah-sursatı və hərbi ləvazimatların bir hissəsini İsmayıllı rayonu ərazisində gizlətdikdən sonra Bakıya gəliblər. Qrupun bəzi xarici ölkələrin Azərbaycandakı səfirliklərinə qarşı terrorçuluq aksiyası keçirmək planları barədə daxil olmuş məlumatlar əsasında MTN tərəfindən bu cinayətkar niyyətlərin qabaqlanması üçün xüsusi əməliyyat hazırlanaraq həyata keçirilib.

Belə ki, oktyabr ayının 27-də saat 03 radələrində qrupun bir neçə üzvünün gizləndiyi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin Bağ massivindəki ünvanda keçirilən əməliyyat tədbirləri ilə həmin şəxslər yaxalanıb, qrupun bir üzvü silahlı müqavimət göstərməyə cəhd edərkən məhv edilib. Oğurlanaraq gizlədilmiş silah-sursatın bir hissəsi həmin ünvanda, bir hissəsi isə İsmayıllı rayonu ərazisində aşkar edilərək götürülüb.

Qrupun digər üzvlərinin yaxalanması üzrə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhər sakini, 1983-cü il təvəllüdlü Vüqar Əliyev və Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Elşən Məmmədov da zərərsizləşdiriliblər. Vüqar Əliyev və Elşən Məmmədov üzvü olduqları silahlı qrupun fəaliyyəti, plan və niyyətləri barədə ətraflı məlumat veriblər. Belə ki, onlar Bakı şəhərində bir sıra dövlət strukturlarına, habelə ABŞ-ın və digər dövlətlərin ölkəmizdəki səfirliklərinə qarşı terrorçuluq aksiyası keçirmək məqsədilə hərbi hissədən silah-sursat oğurladıqlarını, lakin məhz MTN-in Maştağa qəsəbəsində həyata keçirdiyi əməliyyat tədbirlərinin nəticəsində bu niyyətlərinin baş tutmadığını etiraf ediblər.

Bu il oktyabrın 30-da, saat 22:30 radələrində qrupun axtarışda olan digər üzvləri - Kamran Əsədov, Fərid Cabbarov və Bəxtiyar Orucov Bakı şəhəri, Heydər Əliyev prospektində yerləşən "LukOyl" yanacaq doldurma məntəqəsinə silahlı basqın edərək, odlu silahdan atəş açmaqla işçilərdən birinə ağır bədən xəsarəti yetiriblər və 3 min manata yaxın pul vəsaitini ələ keçirərək hadisə yerindən qaçıb gizləniblər.

MTN tərəfindən bu təhlükəli silahlı qrupun tezliklə zərərsizləşdirilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış təbirləri davam etdirilib. Əldə edilmiş əməliyyat məlumatları əsasında Kamran Əsədovun və Fərid Cabbarovun İsmayıllı rayonu ərazisindəki meşəlikdə gizləndikləri müəyyənləşdirilib və xüsusi əməliyyat kombinasiyası hazırlanıb. Noyabrın 9-da keçirilmiş çevik və səriştəli tədbirlərlə avtomat silahla silahlanmış Kamran Əsədov və Fərid Cabbarov müqavimət göstərməyə macal tapmadan və ətrafa ziyan vurmadan zərərsizləşdiriliblər. Onlardan 2 ədəd "AKM" tipli avtomat, 4 sandıqça və 120 ədəd güllə götürülüb. İlkin dindirilmə zamanı Kamran Əsədov və Fərid Cabbarov ifadələrində "LukOyl" yanacaqdoldurma məntəqəsinə basqının onlarla birlikdə Bəxtiyar Orucov tərəfindən törədildiyini, eləcə də zərərsizləşdirilmiş bu qrup tərəfindən ABŞ səfirliyinə qarşı terrorçuluq aksiyası hazırlandığını etiraf ediblər. Hazırda qrupun digər üzvü Bəxtiyar Orucovun tutulması və işin bütün hallarının araşdırılması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Yerləşdirilib:14 Noyabr, 2007  10:22, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com