POPULYARXƏBƏRLƏR

"Metroda nə siyasi, nə də dini ədəbiyyat satılmır"

Bir neçə gündür Bakı metropolitenində dini ədəbiyyatın satışına qadağa qoyulması haqqında xəbərlər yayılır. Faktı metro keçidlərində xırda ticarətlə məşğul olanlar da təsdiq edir. Metronun "Ulduz" stansiyasının keçidində dini ədəbiyyatla yanaşı möhür, təsbeh, müxtəlif dualar, dini suvenirlər satdığını dəfələrlə gördüyüm satıcı isə bu işlə məşğul olduğunu ümumiyyətlə, boynuna almadı: "Biz dini ədəbiyyat satmırıq".

Satıcılar xəbərdarlığı metro stansiyalarının rəhbərliyindən aldıqlarını deyirlər. Dediklərinə görə, səbəb güc strukturlarının vəhhabi məzhəbindən olduqları iddia edilən şəxslərə qarşı əməliyyat keçirmələridir. Satışda olan dini kitabların içərisində ekstremizm, bölücülük təbliğ edən kitabların ola biləcəyi ehtimal edildiyindən bütün dini ədəbiyyatın satışı qadağan olunub.

Bakı metropoliteninin rəhbəri Tağı Əhmədov: "Metroda nə siyasi, nə də dini ədəbiyyat satılmır. Əgər söhbət "Quran"dan gedirsə, "Quran" hər yerdə satılır".

Tağı Əhmədov belə addım atılmasını heç də bütün dini kitabların sağlam məntiqə uyğun gəlməməsi ilə bağlayır.

Noyabrın 9-da mediaya açıqlamasında Prezident Aparatının İctimai-Siyasi Şöbəsinin rəhbəri Əli Həsənov da həm daxildə, həm də xaricdə bir sıra dairələrin ölkədə dini qarşıdurma yaratmaq, insanları təriqətçiliyə sövq etmək istədiklərini bildirib.

Əli Həsənov: "Biz heç kimə imkan verməyəcəyik ki, Azərbaycan vətəndaşlarının dini inancından öz maraqları üçün istifadə etsinlər".

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Ceyhun Məmmədli isə təmsil etdiyi qurumun belə bir göstəriş vermədiyini bildirsə də, metropolitenin bu addımına haqq qazandırır: " Əslində bu kitab satışı yox, dini təbliğatdır"

Hazırda Bakının mərkəzində onlarla dini dükanlar var. Burada dindarlar üçün geyimlərdən tutmuş dəyəri bir neçə yüz dollar olan dini suvenirlərə, nəfis tərtibatlı dini kitablara qədər bir çox əşyalar satılır. Bu mağazalarda ən çox rast gəlinən kiril əlifbası ilə Azərbaycan dilində nəşr olunmuş kiçik broşüralardır. Broşüraların heç birində nə nəşriyyat, nə redaktor haqda bilgi yoxdur. Satıcılar isə belə kitablara tələbatın günü-gündən artdığını deyir.

"Bakı" Kitab Klubunun 2004-cü ildən bəri keçirdiyi sorğu da deyilənləri təsdiq edir. 2006-cı ildə oxucular, satıcılar və nəşriyyatlar arasında keçirilən sorğunun nəticələrinə görə, dini ədəbiyyat bədii ədəbiyyatdan sonra ikinci tələb olunan ədəbiyyatdır. Bunu klubun eksperti Rafiq Məmmədli deyir.

Onun sözlərinə görə, Kitab Klubu bu ilin avqustunda keçirdiyi beynəlxalq sərgiyə Rukayya Maksudun Rusiyada çap olunmuş "İslam" adlı sorğu kitabını çıxarıb. Buna qədər kitab 25 dilə tərcümə edilərək onlarla ölkədə yayılıb. Sərgidə 10 nəfər eyni kitabdan sifariş verib. Sifariş əsasında Moskvada yerləşən nəşriyyatın Bakıya göndərdiyi kitablar isə sərhədi adlaya bilməyib.

Rafiq Məmmədli: "Xaçmaz gömrüyü kitabları müsadirə edib. Dörd aydır ki, kitabları bizə qaytaran yoxdur".

Dövlət Gömrük Komitəsindən kluba bildirilib ki, kitablar ekspertiza üçün Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə göndərilib. Hələlik ekspert rəyi hazır deyil. Rafiq Məmmədli düşünür ki, yalnız gömrük nəzarətinin gücləndirilməsilə qadağan edilmiş dini ədəbiyyatın qarşısını almaq olmaz: "Satışdan yığışdırılmış dini ədəbiyyatın 90-95 faizi Bakıda çap olunur. Yalnız bəzi nəfis tərtibatlı kitablar Türkiyə və İrandan gətirilir".

Rafiq Məmmədli indi gömrükdə dinlə bağlı faktiki olaraq bütün ədəbiyyatın müsadirə edildiyini bildirir və bunu düzgün addım saymır.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin əməkdaşı Ceyhun Məmmədli isə hələlik sözügedən kitabın nüsxəsinin onlara göndərilmədiyini deyir: "Adətən Dövlət Gömrük Komitəsi sərhəddə saxlanan kitabları bizə göndərir, ancaq Kitab Klubunun müsadirə edilmiş kitabları komitəyə göndərilməyib".

Komitə təmsilçisi kiril əlifbası ilə dini ədəbiyyat çapının qanunla qadağan edildiyini bildirərək onların satışdan yığılması üçün tədbirlər görüldüyünü deyir.



Yerləşdirilib:10 Noyabr, 2007  13:19, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com