Bu gün Fövqəladə Hallar Nazirliyindən mütəxəssislər gələrək, hadisə yerinə baxış keçiriblər
İmam Hüseyn məscidinin çatlamasına səbəb olan inşaat işləri hələ də davam edir. Bu barədə ANS PRESS-ə "İmam Hüseyn" (Tövbə) məscidinin imamı Hacı Əbdül bildirib.
Hacı Əbdül məsciddəki sürüşmə və çatlarla bağlı vəziyyətlə əlaqədar Fövqəladə Hallar Nazirliyinə, Bakı meri Hacıbala Abutalıbova, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxulislam Hacı Allahşükür Paşazadəyə və baş nazirin müavini Abid Şərifova məktub yazdıqlarını bildirib.
Hacı əlavə edib ki, bu gün Fövqəladə Hallar Nazirliyindən mütəxəssislər gələrək, hadisə yerinə baxış keçiriblər. Mütəxəssislər öz rəylərini yazılı formada inşaat sahibinə çatdıracaqlar və bundan sonra bu rəyə uyğun müvafiq tədbirlər görüləcək.
Bundan başqa Hacı, bu tədbirlərdən bir nəticə hasil olmazsa Allah evinin qorunması ilə bağlı ölkə prezidenti İlham Əliyev cənablarına məktubla müraciət edəcəklərini qeyd edib.