Çeri But – Böyük Britaniyanın keçmiş baş nazirinin həyat yoldaşı qadın azadlığının mədəni və dini fərqliliklər səbəbilə Asiya ölkələrində yayılmasının mümkün olmadığını bildirən hüquq müdafiəçilərini pisləmişdir. Tənqidə xüsusilə ortodoksal yəhudi adətləri məruz qalmışdır, hansı ki, onlara görə qadın ərinin icazəsi olmadan ondan boşana bilməz.
Bundan başqa hicab məsələsinə toxunaraq bildirmişdir ki, əgər müsəlman qiyafəsində dolaşmaq qadının öz seçimidirsə və o, bunda özünün gündəlik vəzifələrini yerinə yetirməyə bir maneə görmürsə, parlamentarilər bu məsələdən yapışıb durmamalıdırlar.
BBS kanalına müsahibəsində xanım But bildirmişdir: "Mən qadının başını örtməsində və örtülü geyinməsində heç bir qəbahət görmürəm". O, həmçinin İslamda qadın haqları mövzusuna toxunaraq ədavə etmişdir: "Quranın heç bir yerində deyilmir ki, qadın əri tərəfindən döyülə bilər və ya onların şahidlikləri qəbul olunmur, necə ki, indi bəzi müsəlman ölkələrində baş verir".