 | POPULYARXƏBƏRLƏR |




|
Əziz müsəlmanlar! Bu günkü xütbəmizin mövzusu elm öyrənməyin fəziləti haqqındadır. Bildiyimiz kimi, insan ruhunu idarə edən əsas qüvvə ağıldır. İnsanı kamilləşdirərək yüksək mərtəbələrə apardığı, bəzən mələklərdən də şərəfli və üstün etdiyi üçün ağıl qüvvəsini alimlər mələklərə xas olan qüvvə (mələkuti) də adlandırmışlar. Ağıl qüvvəsinin fəzilət nöqtəsi hikmət və elmdir. Həzrətş Əli (ə) buyurur: "Elm insanın ağlını sübuta yetirər. Elmi olanın ağlı da olar. Elm ağlın çırağıdır" ("Ğurəru'l-hikəm" kitabından).
Ətraflı| Şərhlər: 0 | Дата: 9 Noyabr, 2007
|
Əbu Bəkr məscidinin imamı Qamət Süleymanov ölkədə vəhhabilərə qarşı aparılan işlərə münasibət bildirib. Q.Süleymanovun fikirləri www.abubakr-mescidi.com saytında verilib və həmin fikirləri olduğu kimi diqqətinizə çatdırırıq:
Ətraflı| Şərhlər: 0 | Дата: 7 Noyabr, 2007
|
"Çap evi" mətbəəsinin direktoru Şahbaz Xuduoğlu Milli Təhlükəsizlik Nazirliyindən onlara dini və siyasi nəşrlərlə bağlı hər hansı xəbərdarlıq edilmədiyini bildirir. "Media forum" saytına açıqlamasında Ş.Xuduoğlu deyib ki, "Çap evi"ndə dini kitablar yalnız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılıq məktubu olduqda nəşr edilir.
Ətraflı| Şərhlər: 0 | Дата: 7 Noyabr, 2007
|
Son zamanlar Azərbaycanda silahlı cinayətkar qrupun yaradılması istiqamətində səylər göstərilməsi barədə Milli Təhlükəsizlik Nazirliyinə (MTN) daxil olmuş məlumat əsasında qanunazidd hərəkətlərin vaxtında qarşısının alınması məqsədilə xüsusi əməliyyat planı hazırlanaraq həyata keçirilib.
Ətraflı| Şərhlər: 0 | Дата: 7 Noyabr, 2007
|
İraqın böyük dini və siyasi liderlərindən biri olan Ayətullah Sistani Türkiyənin Şimali İraqla bağlı məsələyi sülh və diplomatik yollarla həll edilməsinin vacibliyini önə çəkib. İslam-Azeri-nin YDH-ə istinadlı xəbərinə görə İraqın böyük dini və siyasi liderlərindən biri olan Ayətullah Sistani Türkiyənin Şimali İraqla bağlı məsələyi sülh və diplomatik yollarla həll edilməsinin vacibliyini önə çəkib.
Ətraflı| Şərhlər: 0 | Дата: 7 Noyabr, 2007
|
Fəth təşkilatı rəsmisi və Fələstin muxtariyyətinin mədəniyyət naziri Yasir Ədürrəbbi Həması İranın siyasəti ilə idarə edildiyini önə çəkib. Fələstinin səsi radiosuna müsahibə verən Fəth təşkilatının rəsmisi Yasir Əbdürrəbbi Həmasın siyasətinin məhs İranın siyasətinə uyğun yürüdüldüyü və buna qarşı çıxacaqlarını önə çəkib.
Ətraflı| Şərhlər: 0 | Дата: 7 Noyabr, 2007
|
İraq Demokratik Kürdüstan Partiyasının lideri Məsud Bərzani İranda yaşayan Ayətullah Seyid Əli Hüseyn Sistaniyə məktub göndərib. APA-nın İranın "Mehrnews" xəbər agentliyinə istinadən yaydığı məlumata görə, qondarma Məsud Bərzaninin məktubunu Ayətullah Sistaniyə Şimali İraqda fəaliyyət göstərən "Kürdüstan parlamenti"nin sədri Adnan Müfti çatdırıb.
Ətraflı| Şərhlər: 0 | Дата: 7 Noyabr, 2007
|
Şükür – verilən hər hansı bir nemətə və ya edilən yaxşılığa görə bunu edən şəxsə qarşı söz, əməl ya da qəlb ilə hörmət və minnətdarlıq etməkdir. Söz ilə olunan şükür, yaxşılığı edən şəxsin adını dil ilə xatırlamaq, onu tərifləmək və onun üçün dua etməkdir. Əməl ilə olunan şükür, bədənin bütün üzvlərindən Allah rızası üçün istifadə etməkdir. Həmçinin imkan sahibi olan insanların Allahın bəndələrini qoruması və möhtac insanların yanında olması deməkdir. Qəlb ilə olunan şükür isə insanın sahib olduğu hər şeyi verəni qəlbən tanıması və onu təsdiq etməsidir.
Ətraflı| Şərhlər: 0 | Дата: 5 Noyabr, 2007
|
Əziz müsəlmanlar! Bildiyiniz kimi, Uca Allah varlığını və təkliyini insanlara çatdırmaq üçün müxtəlif zamanlarda peyğəmbərlər göndərmişdir. Bu peyğəmbərlərin arasında Həzrəti Muhəmmədin (s.ə.s.) müstəsna bir yeri vardır. Bütün peyğəmbərlər və rəsullar onu mücdələyiblər. Bütün səmavi kitablarda ondan söz açılıb. Yəni bütün elçilər onun mücdəçiləri, nazil olunan kitablar da onun peyğəmbərlərinin şahidləridir.
Ətraflı| Şərhlər: 1 | Дата: 5 Noyabr, 2007
|
Fələstin milli birlik hakimiyyətinin dini işlər naziri Yusuf əl-Mansi Ramallada hakimiyyəti Qəza bölgəsindən olan zəvvarlara hər cür əngəl törətməkdə günahlandırıb. Onun sözlərinə görə, rəhbərlik etdiyi idarə həcc ziyarətinin yerinə yetirilməsini təmin etmək üçün bütün imkanlardan istifadə edir, amma Mahmud Abbasa qarşı loyal olan nazirlər buna əngəl olurlar.
Ətraflı| Şərhlər: 0 | Дата: 5 Noyabr, 2007
|
|
|
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|