Britaniya ibtidai məktəblərindən birinin müəllimələri işə müsəlman qiyafəsində gəliblər. Bununla onlar bir müddət əvvələ təsadüf etmiş Ramazan bayramını qeyd etmək qərarına gəliblər. Həmin məktəbdə oxuyanların böyük əksəriyyəti xristiandır. 41 müəllimdən yalnız ikisi müsəlmandır. Bununla belə, tolerantlığın gücləndirilməsi məqsədi güdən bu aksiyanı hamı həvəslə dəstəkləmişdir.
Ramazan bayramı münasibətilə təşkil olunmuş aksiya təntənəli səhər düzülüşü ilə başlamışdır. Bayram tədbirinin özü isə dərslərdən sonra keçirilmişdir.
Vest-Midlends qraflığındakı Rafford məktəbinin ibtidai təhsil üzrə tədris hissə müdiri Salli Blumer baş verənlərdən kiminsə narazı qaldığını eşitmədiyini bildirmişdir: "Bu sadəcə multimədəniyyətin tədris müəssisələrində təbliği layihəsinin bir hissəsidir" - deyə o əlavə etmişdir.