Ali-İmran sürəsinin 19-cu ayəsində buyurulur: "Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır…".
Tanrının haqq, doğru din adlandırdığı İslam dini, həqiqətən, xoşbəxtlik, qardaşlıq, birlik, məhəbbət dinidir. Məhz bu din vasitəsilə bütün bəşəriyyət doğru yola yönəldilir. Qurani-Kərim nəinki ərəblərin, eyni zamanda bütün dünya xalqlarının kitabı sayılır. Bu müqəddəs kitab yalnız müsəlmanlarla deyil, həm də qeyri-müsəlmanlarla da ünsiyyət qurur, onları haqq dini olan İslama səsləyir. Məsələn, Tövbə sürəsinin 11 ayəsində bütpərəstlər haqqında belə buyurulur: "Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz ayələrimizi anlayıb bilən bir tayfa üçün belə ətraflı izah edirik".