Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gəlmiş iki milyona yaxın müsəlman bazar ertəsi Məkkədən Mina vadisinə hərəkət ediblər.
Zəvvarların bir hissəsi beş kilometrlik çəsafəni piyada qət edirlər. Digər hissəsi kimi avtobuslarla getməyə üstünlük veriblər.
Zəvvarlar bütün günü dua ilə keçirəcək və vadidə qurulmuş çadırlarda gecələyəcəklər. Həcc cümə günü, dekabrın 21-də yekunlaşacaq. Minaya yollanan zəvvarlar arasında Səudiyyə kralı Abdullanın dəvəti ilə gəlmiş İran prezidenti Mahmud Əhmədnecat da vardır.