Bu gün Həcc ziyarətinin sonuncu günüdür. Zəvvarlar bu gün Ərəfat dağına gedəcək və burda şeytana daş atacaqlar.
Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin məlumatına görə, bu il ziyarətə gələnlərdən 254 nəfəri dünyasını dəyişib. Ölənlərin əksəriyyəti yaşlı və xəstə insanlar olub. Amma onların arasında Azərbaycandan vətəndaşı yoxdur.
Qeyd edək ki, ümumilikdə Səudiyyə Ərəbistanına bu il 2,5 milyon zəvvar səfər edib. Səudiyyə Ərəbistanı onların təhlükəszliyini təmin etmək üçün ciddi tədbirlər görüb. Rəsmilər bildirib ki, müxtəlif ərazilərdə mindən çox kamera quraşdırılıb və təhlükəsizlik ciddi nəzarət altındadır. Kameralarla təchiz edilmiş bir neçə helikopter vasitəsilə reydlər keçirilib.