İki naməlum şəxs sərxoş etdikləri rahibin sehrli olduğu iddia edilən sağ qıçını kəsərək götürüb qaçıblar
Hindistanın Andra Pradeş əyalətində 2 nəfər bir rahibin "sehrli qüvvəsi" olduğunu iddia etdiyi sağ qıçını kəsərək oğurlayıblar. Polisin verdiyi məlumata görə, 2 nəfər 80 yaşlı rahib Yanadi Kondaiahın yanına gedib. Həmin şəxslər rahibi içirərək, sərxoş edib və onun "sehrli qüvvəyə malik" qıçını kəsərək oğurlayıblar.
Yerlilər tərəfindən ağır vəziyyətdə tapılıb xəstəxanaya çatdırılan rahib Kondaiah isə sağ qıçının sehrli qüvvəyə malik olduğunu, kəndlilərin fiziki və psixolojik xəstəliklərini müalicə etdiyini iddia edib. Hindistan polisi hər yerdə qıç oğrularını axtarır.