Türkiyədə qurban kəsiləcək heyvanlar "heyvanları qoruma qanunu" ilə təminat altına alınıb. Belə ki, qurban kəsərkən heyvana əziyyət edənləri, 5199 saylı heyvanları qoruma qanunua görə, 1 645 YTL (1174 AZN) cərimə gözləyir.
Bundan başqa kəsilən heyvanın tullantı hissələrini bələdiyyənin təyin etdiyi xüsusi yerlərə atmayanlar ekologiya qanununun tələbinə görə 107 YTL (77 AZN) cərimə olunacaq.
Türkiyənin rəsmi dini qurumu olan "Diyanet işleri başkanlığı"nın sədri professor Əli Bardakoğlu isə yayımladığı bildirişdə müsəlmanlardan, qurban ediləcək heyvanların hökmən peşəkar qəssablar tərəfindən kəsilməsini, kəsiləcək heyvanla yaxşı rəftar edilməsini və əziyyət edilməməsini istəyib.