Avstriyada müsəlmanların sayı 2010-cu ildə protestantları keçəcək. Belə ki, son 30 il ərzində Avstriyada xristianların sayı azalıb, bunun əksinə olaraq müsəlmanların sayı artmaqdadır.
Avstriyalı Cəmiyyətin apardığı sorğulara görə 1971-ci ildə əgər 6 .49 milyon nəfər özünü katolik adlandırıbsa, 2006-cı ildə bu say 5.63 milyona azalıb. Bu tarixlər ərzində özünü protestant sayanlardan 120 min nəfər azalıb. Lakin müsəlmanların sayı 1971-ci ildə 22200 olubsa, 2006-cı ildə bu say 400 minə çatıb.
Böyük ehtimallara görə Avstriyada islam dini ikinci din kimi qanuniləşə bilər.