ABŞ-da 6 günlük səfərdə olan Papa XVI Benediktin amerikalı 9 kardinal və 350 rahib qarşısında etdiyi çıxışda dünyəvi sistem barədə verdiyi açıqlamalar mübahisəyə səbəb olub. "Habertürk"ün yaydığı məlumata görə, çıxışının ən uzun hissəsini dünyəvilik müzakirələrinə ayıran Papa bildirib ki, Avropa bu mövzuda Amerikanı özünə nümunə götürməlidir, əks halda bu düşüncə çox təhlükəli ola bilər.