İsrailin Qüds şəhərində pravoslavların Pasxa bayramı ilə əlaqədar dünyanın ən nəhəng bayrağı asılıb. Bayrağın uzunluğu 660 metr, eni 100 metr, çəkisi isə 5,7 ton olub.
Yüzlərlə etiqadçı Qüdsün qədim hissəsindən keçib. Pravoslav etiqadçılar yunan pravoslav patriarxın ətrafında sıx toplaşaraq onun daşıdığı metal çubuğunu və ikonasını öpüblər.
Qeyd edək ki, İsrail vətəndaşları Qəzza xristianlarına Qüdsü ziyarət etmək üçün İsrailə keçməsinə icazə veriblər.