"BMT dünyada ədalətin və nizam-intizamın yaradılmasında həlledici rol oynayır". Bu bəyənatla BMT Baş Assambleyasının tribunasından Roma Papası 16-cı Benedikt çıxış edib.
Vatikan liderinin sözlərinə görə, BMT hakimiyyətlərin öz ölkələrinin sakinlərinin təhlükəsizliyini müdafiə edə bilmədiyi, eləcə də hüquq və azadlıqların təmin edilmədiyi ölklərdə bu dəyərlərin müdafiəçisi qisminədə çıxış etməlidir. Roma papası öz çıxışında əsasən insan haqları və azadlıqlarına riayət edilməsi istiqamətində çağırışları ilə yadda qalıb.
Qeyd edək ki, BMT qərargahı Nyu Yorka 3 günlük səfəri çərçivəsində Roma Papasının ziyarət etdiyi ilk qurum olub. Bununla 16-cı Benedik BMT tarixində Baş Assambleya tribunasından çıxış etmək imkanı olan 3-cü Roma Papası olub.