Çeçenistanın Üləmalar Şurası respublikada müstəqil İslam telekanalının açılmasının vacib olduğunu bildirib. Şuranın iclasında bildirilib ki, İslam mövzusunda telekanalın fəaliyyətə başlaması cəmiyyətin dini inkişafına yardım edə bilər.
"İslam Konfransı Təşkilatının sülhməramlı silahlı qüvvələrinin yaradılması zəruridir". APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bu sözləri İslam Konfransı Təşkilatının (İKT) sözcüsü, səfir Ətta Əl-Mənən Baxit Səudiyyə Ərəbistanının "Əl-Riyad" qəzetinə verdiyi açıqlamada deyib.
Amerikada 24 mart 2004-cü ildə özünü "peyğəmbər" elan edən qalmaqallı "Moon" təriqətinin lideri San Myunq Munun Amerika hökumətini və mediyasını necə yönləndirdiyindən bəhs edən yeni bir kitab yayınlanıb.
12-15 iyul tarixləri arasında Roma Papası 16-cı Benedikt, Fransanı ziyarət etməyi planlaşdırır. Papa, Parislə yanaşı olaraq, cənub-qərbdə yerləşən və xristiyanlar üçün böyük önəmə sahib olan Lord qəsəbəsinə də gedəcək.
Bisavadcasına hazırlanmış reklamda Hz.Məhəmmədin (s.ə.s) adı rus dilində əvvəlcə "Maqomed", sonra "Maqomet" yazılmaqla yanaşı, Cəbrayılın adı "Qavrill" kimi göstərilib
1981-ci ildə Roma papası 2-ci İohann Pavelə qarşı sui-qəsd törədən Mehmet Əli Ağca Polşa səfirliyinə müraciət edərək, bu ölkənin vətəndaşlığını qəbul etmək arzusunu bildirib.
"Əl-Qaidə" terror təşkilatı Hollandiya Azadlıq Partiyasının lideri Qirt Vildersin böyük qalmaqala səbəb olan İslam əleyhinə çəkdiyi "Fitnə" filminə cavab olaraq 10 dəqiqəlik film hazırlayıb.