Danimarkanın Əlcəzair və Əfqanıstandakı səfirliklərinin əməkdaşları ünvanlarına daxil olmuş hədələr üzündən binalarını tərk etməli olub. Bunun başlıca səbəbi fevralda Danimarka qəzetlərində Məhəmməd (əs) peyğəmbərin təhqir olunmasıdır.
Təhlükəsizlik baxımından onların harada qaldıqları açıqlanmır. Danimarka Xarici İşlər Nazirliyinin məlumatına görə, səfirliklər fəaliyyətlərini davam etdirir və onlarla telefon, yaxud elektron poçt vasitəsilə əlaqə saxlamaq mümkündür.