Aprelin 16-da Tehran hüquq-mühafizə qüvvələrinin komandanı Əhmədrza Radan kiçik ticarət mərkəzləri ittifaqının rəisləri ilə görüşündə deyib ki, yaxın günlərdə Tehrandakı özəl şirkət və firmalarda hicabsızlığa qarşı yeni polis qüvvələri fəaliyyətə başlayacaq.
Roma Papası 16-cı Benedikt ilk dəfə olaraq ABŞ-a rəsmi səfər edib. Onu hava limanında prezident Corc Buş qarşılayıb. Səfər başlamazdan əvvəl Vatikan rəhbəri uşaqbaz din xadimlərinə görə xəcalət çəkdiyini bildirib və onları kilsədən qovacağına söz verib.
Roma Papası 16-cı Benediktin bu gün Ağ Evdə qarşılanma mərasimində təntənəli şəkildə 21 topdan yaylım atəşi açılıb. Bundan başqa, dəniz piyadaları orkestri Papa üçün "Müqəddəs taxt" himnini oxuyub. Tanınmış opera müğənnisi Ketlin Batll isə "Atamız" duasını oxuyub.
Nijeqorod müsəlmanları şəhərdə knyaz Georgi Vsevolodoviç və onun keşişinə qoyulmuş abidəni qeyri-pravoslav dini konfessiyaların nümayəndələrinin hüquqlarının pozulması kimi qiymətləndiriblər.
İranın cənubundakı Şiraz şəhərinin məscidlərindən birində baş vermiş partlayış terror aktı deyil. Bunu İranın Press TV peyk televiziyası Fars əyalətinin qubernatoruna istinadən xəbər verib.
Çin hüquq-mühafizə orqanları Lxasda Tibet hökumətinin binasında martın 23-də törədilmiş partlayışla bağlı 9 rahibi həbs edib. Onlar əldəqayırma partlayıcı qurğu vasitəsilə partlayışın törədilməsində və hazırlamnasında təqsirləndirilir.
Danimarkalı müsəlmanlar paytaxt Kopenhagendə İslam universiteti açmağa hazırlaşır. Bu addım Danimarkada ərəb mənşəli müsəlman miqrantları bir təşkilat altında toplayan "Danimarka Müsəlman Camaatı" tərəfindən atılacaq.
Papa XVI Benedikt Birləşmiş Millətlər Təşkilatını (BMT) ziyarət edəcək. Vatikanın BMT-dəki nümayəndəsinin verdiyi məlumata görə, Benediktin bu ziyarəti, fərqli dinlər və mədəniyyətlər arasında qurulan dialoqa dəstək xarakteri daşıyır.
Rusiya Federasiyasının (RF) Ali Məhkəməsi "Nurçular" beynəlxalq dini təşkilatının Rusiya ərazisində fəaliyyətini qadağan edib. Məhkəmə "Nurçular"ın fəaliyyətində dini ekstremizm əlamətləri görərək RF Baş Prokurorluğunun qurumun uyğun müraciətini təmin edib.