100-ə yaxın tələbə Niderlandın Tehrandakı səfirliyi qarşısında yürüşlər keçirib. Tələbələr Niderland rejissoru Gert Vilderin 6 dəqiqəlik "Fitnə" və ya "Ağır sınaq" adlı filminə etiraz ediblər.
Filmdə müsəlmanların müqqədəs kitabı olan "Quran"dan götürülmüş mətnlərlə ekstremistlər tərəfindən həyat keçirilmiş hücumlar canlandırılıb. Aksiya iştirakçıları İsrail əleyhinə şüarlarla dini nəğmələr səsləndirib və polisə müqavimət göstəriblər. Tələbələr dini dəyələrindən güzəştə getməyəcəklərini bildiriblər.
Qeyd edək ki, Vilderin filmi bütün dünyadan olan müsəlmanları hiddətə gətirib, müxtəlif ölkələrdə aksiyalar keçirilib və Niderland istehsalı olan məhsullara baykot edilməsinə çağırışlarlar səslənib. Niderlandda məhkəmə yerli İslam federasiyası tərəfindən Vilderin susdurulması üçün daxil olan şikayəti rədd edərək nifrət və zorakılığa qarşı onun filmində əks edilən görüntülərin hüquq normalarına zidd olmadığını deyib.