Kosovonın şimalında yerləşən məbədlərdən birində partlayış törədilib. Partlayış nəticəsində 3 nəfər xəsarət alıb. Polisin verdiyi məlumata görə, əl qumbarasının yaxınlıqdan keçən avtomobildən atıldığı ehtimal olunur.
Hadisə nəticəsində xəsarət almış şəxslər Mitroviça şəhəri yaxınlığındakı xəstəxanaya yerləşdiriliblər. Artıq Kosova polisi baş vermiş hadisə ilə bağlı cinayət işi açıb. Qeyd edək ki, partlayış serblərin Pasxa bayramını qeyd edərkən baş verib.