Gürcüstan pravoslav kilsəsi Gürcüstan-Rusiya münasibətlərinin hazırkı vəziyyətindən narahatlığını ifadə edib. Gürcü patriarxı 2-ci İlyanın müraciətində deyilir ki, pravoslav kilsəsi düşünülməmiş addımlar vəziyyəti kritik həddə çatdıra və nəticədə proseslər nəzarətdən çıxa bilər.
İkinci İlya patriarx 2-ci Aleksiyə müraciət edərək, onu səyləri birləşdirməyə və iki kilsənin nüfuzundan istifadə edərək təhlükəni aradan qaldırmağa çağırıb: "İnanıram ki, bizim səylərimiz xalqlarımız və bütövlükdə dünya naminə ümidləri doğruldacaq".