Dünən, Xristianların "Müqəddəs Bədmüşk Bazarı" günü yunan və erməni din xadimləri arasında qalmaqal baş verib. BBC-nin yaydığı məlumata görə, dava Qüdsdə Müqəddəs Məqbərə Kilsəsində yer üstündə düşüb.
Xristian ənənəsinə görə bu kilsə, İsa Məsihin dəfn olunduğu və sonradan dirildiyi yer sayılır. Mənbənin bildirdiyinə görə isə, əlbəyaxa davanı ermənilər başlayıblar. Belə ki, onlar aralarına düşmüş yunan keşişini itələyiblər və təpikləyiblər. Bundan sonra iki erməni İsrail polisi tərəfindən həbs olunub. Soydaşlarının həbsinə etiraz edən ermənilər polis məntəqəsinin qarşısında aksiya keçiriblər və bu zaman təbilləri döyəcləyərək və qışqıraraq hay-küy salıblar.
Mənbə həmçinin qeyd edib ki, ötən il müqəddəs mövlud kilsəsinin təmizlənməsi mərasimində erməni və yunan keşişləri arasında daha bir qalmaqal baş vermiş və onlar bir-birlərinə hücum çəkmişdilər. Müqəddəs Məqbərə kilsəsində mövcud qaydalara görə, yunan Pravoslav, erməni və habelə Roma Katolik kilsələri üçün xüsusi yer ayrılıb. Ən böyük yer isə yunanlara aiddir.