POPULYARXƏBƏRLƏR

Bir villanın sirri

Azərbaycanda, rayon mərkəzlərinin birində 4 mərtəbəli villa var. Hacıya məxsusdu. Deyilənə görə, hər mərtəbəsi bir arvad üçündür. Sonuncu dəfə həmin rayona səfərim vaxtı xəbər alanda, 4-cü mərtəbə hələ boş idi, sahibəsini gözləyirdi. Yerli sakinlərin sözlərinə görə, hacı söz verib ki, bu dəfə livanlı qızı alacaq, çünki onlar çox gözəl olurlar.

“Hə, noolsun?” Bu sual gözləniləndi. O da gözləniləndi ki, “bu kişi halal qazanırsa, xumsunu və zəkatını verirsə, kim ona gözün üstə qaşın var deyə bilər?” sualı ilə məni pərt etmək istəyənlər olsun. Amma məgər mən dedim ki o kişi haram yeyir? Ya İlahi vergilərdən yayınmaqda ittiham etdim onu? Xeyir, mənim elə məkirli planlarım yoxdur. Amma..

Deməli, bir rəqəmə diqqət yetirək. Azərbaycanda minimal əmək haqqı 105 manatdı. Qeyd olunan 4 mərtəbəli villanın ucaldığı yerlərdə məhz bu məbləğə göz dikənlər, hətta bundan məhrum olanlar da var. Həm o ərazilərdə, həm də Azərbaycanın bütün guşələrində maddi sıxıntıya görə nəinki 4 dəfə, hətta 1 dəfə ailə qurmaqdan vaz keçənlər də var. Məmləkətimizdə kirayələrdə həyatını çürüdən, hətta ən cəsur arzularında belə özünü ev sahibi kimi təsəvvür edə bilməyən gənclərimiz var. Sosial şəbəkələr ağır xəstəliklərə düçar olan, lakin müalicə üçün vəsait tapmayan vətəndaşların fotoları ilə doludur. Daha nələr, nələr... Və bu “nələr” arasında 4 mərtəbəli villa. Yenə də tələsməyin, bundan daha “xod gedənlərin” mövcudluğunu dəlil gətirməyin. Mən də bu məmləkətdə yaşayıram, bu “xod gedənləri” də görürəm. Amma onlardan bizə nə? Biz “öz həcimizdən” danışırıq. Bəli, “özümüzünkündən”. Çünki o birilərinin dinə heç bir aidiyyatı yoxdur. Zatən, insanlar bu dünyaya satılıblar, zahirlərindən, davranışlarından bəllidir. Başqa iddiaları da yoxdur. Amma bu “hacılar” axı dini, İslamı təmsil edir, yeri gələndə, lap elə gəlməyəndə də İslamın adından “guppuldadırlar”. Bizə o harınlamışları deyil, bunu, “öz hacımızı” göstərib irad tuturlar, bunu gözümüzə soxurlar.

Elə anlaşılmasın ki, Allahın işinə qarışmaq qədər yolumu azmışam, Onun yerinə fərman vermək qədər çaşmışam. Sadəcə olaraq düşünürəm: əgər Allahın yaratdığı bəndə naqis elmi və düşüncəsi ilə ətrafdakıların acınacaqlı durumu fonunda hansısa “hacının” zəkat və xumsu özünə “alibi” qərar verərək “şellənməsini” qəbul etmirsə, bunun nəinki İslama, ümumiyyətlə insanlığa həqarət olduğunu düşünürsə, o zaman Mütləq Ədalət sahibi bu “hacını” Qiyamət günü yuxarı başa çəgəcəkmi? “Bu həyat bir imtahandır” deməyə adət edən Hacı zənn edir ki 4 mərtəbəli villa, xüsusən də onun 4-cü mərtəbəsi İlahi suallar testinə ən tutarlı cavabıdır? Allaha xatir, məni inandırmağa çalışmayın ki, bu əməllər sırf Rəbbimizin razılığını qazanmaq, başsız qalan qadınların başına sığal çəkmək üçündür. Eləyə qalsa Azərbaycana nə gəlib ki? Yoxsa Livan…

Bir də ki, qəribə tendensiya yarandığı müşahidə olunur. Siğə edənlər, 4 arvad eşqi ilə yaşayanlar və bu arzunu reallaşdıranların böyük əksəriyyəti bunun böyük savab olduğunu deyir, isbatlamağa çalışır. Yəni bu addım sırf savab qazanmaq üçün atılıb, hə? Başqa heç nə, hə? Bütün savablar edilib, qalıb bir bu, hə? İnsan ətrafdakıları da, hətta özünü də aldada bilər. Amma Allahı… Yoxsa Onu da aldatdıqlarını düşünənlər var?

Bir xatırlatma zəruridir: İslam rasional və dinamik, həmişə müasir dindir. Bu din cəmiyyətdə pis təəssürat yaradacağı təqdirdə hətta müstəhəblərdən çəkinməyə çağırır. Mənimlə razı olmayan qardaşlarım sabah, İslamda müstəhəb əməl sayıldığına görə, gözlərinə sürmə çəkib, sağ qulaqlarına da sırğa taxıb məhləyə çıxsalar, bu “vid-fasonda” sosial şəbəkələrdə fotolarını paylaşsalar, nişanlanma və toyları haqqında bütün qohumları və tanışları xəbərdar etdikləri kimi siğələri haqqında da eyni ictimailəşdirmə yolunu tutsalar - əla! Hesab etsinlər ki, artıq məni “bağladılar”. Yox, bunu etmirlərsə… Onda bağışlayın, icazə verin elə öz fikrimdə qalım.

P.S. Peyğəmbərimiz (s) buyurub ki, Qiyamətdə hətta hallallara görə sorğu-sual olacaq. Belə…

P.P.S. Lütfən, Peyğəmbər (s) və imamların zövcələrini dəlil göstərmək qədər sadəlöhv olmayaq. O tam başqa bir məsələdir. Başa düşmək üçün O həzrətlərin yaşayış tərzi haqqında oxumaq kifayətdir.

P.P.P.S. Əbuzərin Müaviyyənin sarayına gələrək ona belə bir qəsr ucaltdığına görə tutduğu iradları da xatırlamaq yerinə düşər. Deyir, “sən acından mədəsinə daş bağlayan Peyğəmbərin davamçısısan?”. Sonra da bütün mümkün cavabların qarşısında sədd çəkəcək bir tərif səsləndirir: “Ey Əbu Süfyanın oğlu! Əgər bu sarayı xalqın puluna tikdirmisənsə - oğurluqdur, haqsızlıqdır! Yox, öz puluna tikdirmisənsə - israfdır, haramdır!”




Yerləşdirilib:19 Noyabr, 2014  15:44, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com