POPULYARXƏBƏRLƏR

Bəlkə “Şaxta baba”nı lənətləməyək?

Təqvim ilinin dəyişməsi ərəfəsində yenə də ənənəvi olaraq Şaxta baba, Santa Klaus, Qar qız, küknar ətrafında “dini-fəlsəfi” müzakirələr qızışır. Dekabrın 31-i sanki iman göstəricisi kimi önə çəkilir: həmin gün şənlənən, həmin günü xüsusi olaraq qeyd edən – kafir, münafiq, ən yaxşı halda fasiqdir. Yox, qeyd etməyən, sosial şəbəkələrdə, yazılarında, çıxışlarında, qeydlərində “Ded Moroz”u yıxıb-sürüyən, onun zatına lənət oxuyan isə əsl müsəlmandır. Dartışmalara müdaxilə etməyərək məsələyə bir başqa aspektdən yanaşmaq, fikirlərimizi qısaca bölüşmək istərdik.

Bəzədilmiş küknar, rəngbərəng oyuncaqlar, fişənglər, məzəli oyunlar, gözəl əhval-ruhiyyə - bütün bunlar daha çox kimi cəlb edə, kimi maraqlandıra bilər? Əlbəttə ki, uşaqları! Bax, Yeni ilin qeyd edilməsini də hamıdan çox məhz onlar gözləyir. Təbii ki, 3-4 gün məzuniyyətdən istifadə edib tuluğuna litr-litr zəhər tökən daydayılar da var. Onları buraxaq öz hallarına, Allaha hər kəs öz əməlinə görə cavab verəcək. Amma uşaqlar yazıqdırlar axı!

Reallıq belədir ki, Azərbaycanın böyük əksəriyyəti, onların öz təbiri ilə desək Yeni il gecəsi, yəni dekabrın 31-dən yanvarın 1-nə keçən gecə süfrə ətrafında toplaşır, deyir-gülür, şənlənir. Uşaqlarımız da bunu görür, seyr edir, məktəbdə bu barədə danışılır, TV-də verilişlər nümayiş etdirilir. Uşaq artıq psixoloji cəhətdən bu günə hazırdı. Onun üçün heç fərqi yoxdur – bu gün Məsih doğulub, ya da qonşusu Məmməd kişi Həcc ziyarətindən gəlib. O uşaqdır! O da həmyaşıdları kimi şənlənmək, oynamaq, atlanıb-düşmək istəyir.

Amma çox təəssüf ki, bəzən dindar ailələr ifrata varır, hələ düz əməlli yaxşını pisdən ayıra bilməyən cocuğa matəm libası geyindirir, “olmaz!” kəlməsi ilə bir küncə qısılmağa vadar edirlər. Söhbət yetkinlik yaşına çatan uşaqlardan yox, 3-5 yaşlı övladlarımızdan gedir. Yaxşı, biz ondan “Yolka bayramını” aldıq, əvəzinə nə veririk? Heç nə! Öz əməl dəftərimizi bəhanə edərək sağ tərəfdəki mələyə ora 1-2 cızmaqara etdirmək bizim üçün prioritet olur. Öz aləmimizdə buna nail oluruq. Amma əslində necədi? Sükut çökən mənzildə həsrətlə pəncərəyə boylanan, həmyaşıdları kimi əylənmək istəyən cocuğun yükləndiyi özünəməxsus dərd hara yazılacaq bəs? Bəlkə buraxaq körpələrin əlini, qoy oynasınlar, əylənsinlər? Allahın deyil (əstəğfrullah), İsa Məsihin doğum gününü qeyd etsinlər. Qoy fırlansınlar küknar ətrafında. Təvaf niyyəti ilə yox, oyun niyyəti ilə. Qoy olsun. Səhəri gün isə onların başına tumar çəkib bu gün əsəbi halda dediklərimizi daha mülayim, daha sadə dillə anladaq. Deyək ki, bu bir oyun idi. Gizlən-qaç, ya da futbol kimi. İslamı onlar üçün qəlizləşdirməyək, qadağalar dini kimi tanıtdırmayaq. Belə daha yaxşı olmazmı? Onlar hələ cocuqdurlar. Allah ömürlərini uzun etsin, hələ çox əza məclislərinə qatılacaqlar, çox Məhərrəmlik görəcəklər, Eşq Səfərinə yollanacaqlar. Hələliksə... Bəlkə “Şaxta baba”nı lənətləməyək və imkan verək övladlarımız uşaqlıqlarını yaşasınlar?

islam.az



Yerləşdirilib:25 Dekabr, 2014  21:32, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 4
Müəllif: Muslim | 25 Dekabr, 2014  20:41
# Ответить
+2


]]>]]>

Tamamile bu fikirlerle raziyam. Heqiqeten, ushaqlardan Shaxta Baba ve yolka sevincini almaq ve evezinde hech ne vermemek gunahdir.
Müəllif: Ucar | 26 Dekabr, 2014  11:58 | Ответ на #3690
# Ответить
+1


]]>]]>

Achiq deyim, men de raziyam bu fikirlerle. Haram ish olmayandan sonra, olsun da bayram.
Müəllif: Nazim | 26 Dekabr, 2014  16:30
# Ответить
+1


]]>]]>

Shaxta Babani ushaqlarin elinden almaq lazim deyil amma onlara Shaxta Babanin elesin vemek lazimdir ki gelecek neslimize Allahi,Peqamberi(sa) ve Imamlari(sa) sevdirmeyi bacarsin,onda ushaqlar ozleri mahsumlarin mateminde Shaxta Babaya shenlenmemeyi oyredecekler.Imanli Shaxta Babaya eshq olsun.
Müəllif: Salam | 27 Fevral, 2015  14:29
# Ответить
0


]]>]]>

Shaxta babaya ehtiyac yoxdur,bizim chox gozel dini bayramlarimiz var,onlar layiqince qeyd edilse,uwaglar da shenlenmek uchun hansisa uydurma shaxta babani gozlemez
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com