POPULYARXƏBƏRLƏR

İmam Hüseyn (ə) bizi görsəydi... Fəxr edərdi, yoxsa...?

Qara bayraqlar, qara köynəklər, mərsiyələr, rozələr, sinəzənlər, göz yaşları. Müsəlmanlar Məhərrəm ayını yaşayır. Yüzilliklərin ənənəsinə uyğun olaraq. Əsrlər boyu dəyərli alimlərimiz, ustadlarımız, övliyalarımız imam Hüseyn (ə) hərəkatı haqqında o qədər dəyərli sözlər deyiblər, o qədər dəyərli əsərlər yazıblar ki, bu sahəyə nəsə bir yenilik gətirmək çox çətindiк. Bəlkə də, heç ehtiyac yoxdur. Sadəcə olaraq son günlərin, ayların hadisələri Məhərrəm mərasimləri fonunda bəzi düşüncələrə qərq etdi və bölüşməyə vadar etdi.

İmam Hüseyn (ə) qiyamı ilə İslamı yaşatdı. Allahın Kitabını, dinini qorudu. Ümməti, bəşəriyyəti, gələcək nəsilləri düşündü. Amma Kərbəla hadisəsinin bu qlobal dəyərləri kənarında həm də fərdlərə, imamın müasirləri olan insanlara yönələn bir qayğı var idi. Bir ata qayğısı. Bəlkə də əksinə idi, əsas mahiyyət hər bir fərdin qayğısını çəkməklə İlahi dəyərlərin yaşadılması idi? Bilmirəm... Ancaq imam Hüseynin (ə) bəzi davranışları çox düşündürür məni. Onları bir zəncirin halqaları təsəvvür edirəm, sonra da nəticə çıxarmağa çalışıram. Amma nəticələr əvəzinə suallar meydana gəlir...

Məsələn, deyilənlərə görə imam kufəlilərin məktublarını yandırıb. Məqsəd isə bu məktubları yazanların Yezid tərəfdarlarından amanda qalması olub. Ölümün astanasında dayanan peyğəmbər övladı faktiki olaraq ona xəyanət edənləri xilas edib.

Digər misal. İmam ocaqları söndürməyi əmr edib və bütün istəyənlərə onu tərk etmək üçün imkan yaradıb.

Sonra. Deyilənlərə görə Aşura günü bütün səhabələri qətlə yetiriləndən sonra imam Hüseyn (ə) Yezid ordusuna müraciət edib. Deyib ki, məni qətl etməklə özünüzü Cəhənnəmə məhkum etməyin. Bunu 6 aylıq körpəsini qan içində indicə anasına təhvil verən ata deyib.

Bu üç hadisəni bir araya gətirib suallar vermək istəyirəm. Nə üçün imam onu satanlara mərhəmət etdi? İmama xəyanət edən Cəhənnəmə məhkumdu ya yox? Əgər cavab “hə” olsa, o zaman imamın davranışının məntiqi izahı nə idi? Əgər cavab “yox”dursa, o zaman müasir müsəlmanların bir-birini təkfir, təhqir etməsinə nə don geyindirək? Özü də bu müsəlmanlar Məhərrəmlikdə yas tutub imama ağlayanlardı, nəzərdən qaçırmayaq! Mən onları nəzərdə tuturam.

Başqa sual: imam ocaqları söndürülməsini buyuranda bu fürsətdən istifadə edib aradan çıxan və “Kərbəla şəhidi” zirvəsindən “imamı tərk edənlər” quyusuna yuvarlanan Cəhənnəmə məkum idimi? Əgər cavab “hə” olsa, o zaman imamın bu davranışının məntiqi nədir? Əgər cavab “yox”dursa, o zaman 21 əsrin Əhli-Beyt (ə) tərəfdarlarının bir-birini aşağılamasını, “sən hüseynçi deyilsən!” ittihamını irəli sürməsini, “sən heç Kərbəlanın ətrini belə duymamısan!” söyləməsini, “Filankəs zalımlara beyət edib!” atmacasını necə anlayaq? Yəni sən imamı tam dərk etmisən, o isə yox? Sən düz yoldasan, o isə yox? Yoxsa zamanın imamı deyib bunu sənə?

Üçüncü sual: bütün səhabələrini, yaxınlarını qətl edən cinayətkarlara üzünü tutan imam onlardan xahiş edir ki, heç olmasa onu qətl etməsinlər. Məqsəd məgər ölümdən xilas olmaq idi? Əlbəttə ki, yox. İmam qarşı tərəfi düşünür yenə. Əgər Yezid ordusunun əlləri Əhli-Beytin qanına bulaşmış üzvləri Cəhənnəmə vasil olacaqdılarsa, o zaman imamın səyləri nə üçün idi? Yox, olmayacaqlardısa, milyondan bir şansları var idisə və imam da bu şansı onlara verirdisə, bəs biz nə üçün bizimlə Məhərrəm ayında bir səfdə dayanaraq sinəsinə vuran, lakin bəzi məsələlərdə bizimlə həmfikir olmayan qardaşımıza bu şansı tanımırıq?

Və, nəhayət, son, yekun sual. İmam Hüseyn (ə) öz tərəfdarlarının indiki durumunu görsəydi əllərini Allahın dərgahına qaldırıb hansı duanı edərdi? “İlahi, çox şükür ki belə tərəfdarlarım var?”. Yoxsa “İlahi, sən bu tərəfdarlarımı ücbdən, təkəbbürdən, sui-zənndən uzaq et!”. Ya bəlkə başqa dua? Bilmirəm...

P.S. Bu yazdıqlarımı kimsə “ağıl vermək” kimi dəyərləndirməsin, lütfən. Əgər kiminsə heysiyyatına toxundusa, əvvəlcədən deyim: nə alim, nə “hüseynçi”, nə “əsl mömin”, nə də başqa iddiada deyiləm. Sadəcə olaraq qardaşlarımın bir-birinə bu qədər kin-küdurətli davranışlarına biganə qala bilmədim. Özü də Məhərrəm ayında, bizi birləşdirən ayda.



Yerləşdirilib:28 Oktyabr, 2014  20:16, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 1
Müəllif: Nazim | 28 Oktyabr, 2014  17:23
# Ответить
+7


]]>]]>

Doqrudur,mekrli dushmenlerin her cure hiyleden istifade ederek islami gozden salib mehv ettmek cehdlerini def etmek ucun biz muselmanlarin en cox ehtiyaci olan deyer mehribanciliqdir.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com