POPULYARXƏBƏRLƏR

Tıxacları Bakıdan Kürdəmirə köçürək!

Demək olar ki, dünyanın bütün meqapolislərində bu problem yaşanır: yollarda nəqliyyat sıxlığından yaranan tıxaclar. Bu problem Bakımızdan da yan ötməyib. Onun aradan qaldırılması üçün müxtəlif təkliflər irəli sürülsə də, faydası olmayıb. Amma mən yeni, indiyə qədər analoqu olmayan bir variant fikirləşmişəm ki, paytaxtımızı tıxaclardan xilas edə bilər. Özü də bu variant ancaq Bakı üçün keçərlidir a, nəzərdən qaçırmayın. Nəyimizə lazımdır Paris, London, Berlin? Əsas özümüzük. Beləliklə, layihəni izah edirəm və əsas müddəalarını təqdim edirəm.

Əvvəla qeyd edim ki, mən bu layihəni qalın kitabları oxuduqdan sonra kəşf etməmişəm. Bu, saatlarla tıxaclarda yubananmaların məhsuludur.

Beləliklə, təklif edirəm ki, Kürdəmirlə Ucar arasında mövcud boş ərazilərdən 100-200 hektar xam torpaq ayrılsın. Daha sonra Bakının müxtəlif küçə və prospektlərində qazma və tikinti-bərpa işləri aparan texnika həmən əraziyə köçürülsün. Bütün rəhbər və fəhlə heyəti ilə birlikdə. Bax, bundan sonra qeyd olunan torpaqlarda intensiv iş başlasın. Həftənin tək günləri ərazi bütövlüklə asfaltla örtülsün, yol kənarlarına mərmər səkilər çəkilsin, imkan olan bütün daşlar mütləq “laqundalansın” (bu son dərəcə vacib şərtdir), cüt günlər isə bu asfalt və səkilər dağıdılsın. Bazar günü texnika və “yol sehirbazlarımız” dincəlsin. Amma iş dayanmasın a! Bazar günü əraziyə kommunikasiya xəttləri – kanalizasiya, telefon, elektrik – çəkənlər cəlb edilsinlər. Günün birinci yarısı bütün əraziyə müvafiq xəttlər çəkilsin, ikinci yarısında isə bu xəttlər sökülsün. Axı səhəri asfalt çəkənlər gəlməlidirlər. Bax, beləcə də davam etsin. Fasiləsiz. Aylarla, illərlə. Təbii ki, belə böyük və ciddi layihəyə ciddi rəhbər də lazımdır. Əcəba, kim ola? Heç şübhə etmirəm ki, hamı bir yerdə “Ha-cı-ba-la!” dedi! Yəqin ki, son dəfə belə həmrəyliyi kiçik yaşlarında Yeni il şənliyində Şaxta Babanı çağıranda nümayiş etdirmişdiniz. Tamamilə doğrudur! Ancaq və ancaq! O! Burda kim qalacaq? Heç kim! Tamamilə heç kim! Nə ehtiyac var ki? Zatən bütün işlər orda, Kürdəmirdə görüləcək. Onun burda nə işi qalacaq? HEÇ NƏ!

Bu layihəni həyata keçirməklə nə əldə ediləcək?

1. Bakı dərindən nəfəs alacaq. Çünki paytaxtımız sinəsinə çökmüş bu ağırlığında texnikaya tab gətirmir, boğulur, bunu hamımız görürük.

2. Yollarımızda tıxacların sayı əhəmiyyətli dərəcədə azalacaq. Çünki artıq eyni küçə və prospektlərə hər il asfalt çəkmək heç kimin marağında olmayacaq. “Xəstələr” isə mərəzlərini Kürdəmir çöllüyündə müalicə edəcəklər. Bakıda isə avtomobillər rahat hərəkət edəcək.

3. Bu layihənin perspektivləri çox genişdir. Gələcəkdə daha samballı qüvvələr cəlb etməklə sözügedən poliqonda göydələnlər, körpülər, şadlıq sarayları ucaltmaq, hətta metro xətti çəkmək olar. Təbii ki, əvvəlcədən müəyyən edilmiş – həftənin tək və cüt günlərinə uyğun iş bölgüsünə sadiq qalaraq.

4. Ən başlıcası isə, bütün dünya yenə də Azərbaycandan danışacaq. Çünki bu layihənin nəinki analoqu, hətta ataloqu, babaloqu, nənəloqu, praktoloqu, seksopotoloqu və ginekoloqu da olmayacaq.

Məndən, Bakını və Bakı sakinlərini tıxacdan qurtarmaq niyyətində olan sadə Bakı sakinindən bu qədər. Maraqlanan təşkilatları layihənin detalları ilə tanış etməyə hazıram.



Yerləşdirilib:4 Dekabr, 2014  15:36, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 1
Müəllif: Nazim | 4 Dekabr, 2014  12:13
# Ответить
+3


]]>]]>

Ehsen sene Vusal,qardashim,amma ne yazmisan,heyif ki yazinda gozterdiyin sahede XECALET adinda mehfum yoxdur ki yazin onu terpedsin.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com