POPULYARXƏBƏRLƏR

Müsəlmanlar ölən pişiyi diriltməyə qadirdilərmi?

Parisdə terror aktı törədilənin səhəri artıq KİV-də müsəlmanların özünə bəraət qazandırma kampaniyasına start verildi. Bəzilərinə görə bu cinayətin arxasında ABŞ və İsrail, bəzilərinə görə isə Fransa xüsusi xidmət orqanları dayanıb. Belə bir şey ola bilərmi? Niyə də olmasın axı? Məgər dünyanın nəhəng güclərinin son illər ərzində həyata keçirdiyi siyasətə nəzər saldqıda məhz müsəlman ölkələrin və müsəlmanların qurbanlıq seçildiyini görmürükmü? İndi bu qlobal anti-İslam kampaniyasının aparılmasına xatir 5-10 avropalının başından keçmək böyük problemdirmi?

Amma bəziləri bir az da irəli getdilər, hadisələrin “sübutlu təhlilini” təqdim etdilər: iki yaralını eyni sanitar briqadası müşaiyət edirsə, yaralıların paltarı yoxdursa, bir yaralının başında tatu varsa, terror törədilən zaman küçədə Paris sakinləri var-gəl etmirsə (sanki dünyanın başqa şəhərlərində sakinlər atəş səsi eşidən kimi terrorçularla selfi etmək üçün küçələrə axışır) – vəssalam! Bu bir quramadır və ssenarisi də ən azından CİA-da yazılıb. Başqa, daha dayaz versiyalar irəli sürənlər də oldu. Amma kifayətdir. Bir an əl saxlayaq və sadə suala cavab verək: bütün bu səylərimizin ünvanı kimdir? Biz kimi inandırmaq istəyirik? Əgər özümüz özümüzü, müsəlmanları inandırmağa çalışırıqsa – heyif çəkilən əziyyətlərə! Yox, əgər hədəfimiz qeyri-müsəlmanlardırsa – yenə də, heyif əziyyətlərə. Niyə? Burda illər öncə gördüyüm bir karikaturanı xatırladım.

Ata kiçik yaşlı oğluna qapının kəndarından deyir: “Bala, mən gedirəm. Özünü yaxşı apar a! Ağlına da axmaq fikir-zad gəlməsin!” Otaq bom-boşdur. Tamamilə heç nə yoxdur. Bir küncdə bir balta var, digərində isə pişik. Qapı bağlanandan sonra əcəba uşağın beyninə hansı axmaq fikir gələ bilər, sizcə? İndi bu müsəlmanların başlarına gələnlər də buna bənzəyir ki, ata evə qayıdıb görür ki pişiyi kimsə baltalayıb. Ata nə fikirləşəcək, sizcə? Çox təəssüf ki, bu gün dünyada müsəlmanın məhz belə imici formalaşıb. Xristian, yəhudi, ateist bizi belə tanıyır. Bu imicin müəllifi də nə şiə, nə də sünni deyil. “Taliban”dı, “Əl-Qaidə”dir, İŞİD-dir. Biz ha çalışaq, ha şəkillərin, videogörüntülərin təhlilini təqdim edək – faydası yoxdur. Artıq pişik ölüb. Daha doğrusu, öldürüblər. Bəs, yaxşı, neyləyək? Möcüzəni necə reallaşdıraq, pişiyi necə dirildək? Üstümüzə qucaq-qucaq çirkab tökülməsini oturub gözləyək, sakitcə seyr edək? Yox, bu da çıxış yolu deyil. Bu gün güc, qüvvə, beyin, intellekt başqa səmtə yönəlməlidir. Bu gün müsəlmanlar dünyaya həqiqi İslamı tanıtdırmaq üçün səy göstərməlidirlər. Bu gün xristian Avropaya inkvizisiyanın xristianlığa aidiyyatı olmadığı kimi İŞİD-in, terrorun da İslama aidiyyatı olmadığını izah etmək lazımdır. Əlbəttə ki, bu bütün ümmətin üzərinə düşən vəzifədir. Amma unutmayaq ki, ümmət mücərrəd bir varlıq, anlayış deyil. Hər birimiz bu ümmətin bir zərrəsiyik. Məsuliyyətimiz də müvafiqdir, sabah verəcəyimiz cavab da.



Yerləşdirilib:9 Yanvar, 2015  18:44, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com