POPULYARXƏBƏRLƏR

“Əsl kişi araq içər!”

1996-cı il can üstə idi. Şəhərin dükanlarının vitrinləri heç də Bakının çiskinli və küləkli havasına uyğun olmayan kefi kök saqqallı kişinin və gülümsəyən “nəvəsinin” şəkilləri ilə bəzədilmişdi. Hamı bu ilin “Fatihə”sinin tez verilməsini arzulayırdı: bəziləri bir neçə gün dincəlmək şansı qazanmaq üçün, bəziləri isə masa ətrafında əyləşib “pənco-pənco” araq vurmaq üçün...

İdarənin girişində sürücülər üçün nəzərdə tutulan otaqda adətən çox sıxlıq olurdu. Gələn də, gedən də bura baş vurmağı özünə borc bilirdi: nə yenilik var? Maaşlar nə vaxt olacaq? Bir də ki, qalan otaqları əsasən idarənin qadın işçiləri zəbt etdiyi üçün qeyri seçim də qalmırdı. Elə bu gün də səhər-səhər balaca otağa azı 15 kişi toplaşmışdı. Müzakirələr isə əsl kişinin nə qədər araq içməsi mövzusunda aparılırdı. Hər kəs “qəhrəmanlığı” ilə öyündü, kimi təkbaşına “yarım”, kimi də lap 1 litr “vurduğunu” dedi. Sadəliyinə görə xətrini çox istədiyim sürücü Zahirlə mən isə susurduq. Mövzuya uyğun deməyə bir sözümüz yox idi. Elə yaşımız da imkan vermirdi: əsl “ağsaqqal” məclisi idi...

“Bəs sən, ay Zahir?” sualını deyəsən gözləmirdi. Bir cavab düzəltməyə imkan vermədi “Butsefal”. Başını geri atdı, ağzını boşalmaq üzrə olan un torbası kimi açıb qəhqəhə çəkdi. Toplaşanların çoxu da ona qoşuldu.

- Yox e, Zahir içmir. Ha-ha-ha! Tövbə eləyib! Ha-ha-ha! Ala, kişi olan kəs araq içmədi haaa, apar tolla eeee! Əsl kişi araq içər! Ha-ha-ha!

(Bu, yaşı 50-ni haqlamış kişi hırıldayanda nədənsə ağlıma Makedoniyalı İskəndərin sevimli atının adı gəlirdi – Butsefal. Bəlkə də dişlərinin həddən artıq iri olması idi buna səbəb. Əsl adını artıq xatırlamıram. Yaddaşımda elə “Butsefal” kimi qalıb).

Zahir bir söz demədi, otaqdan çıxdı. Hiss olunurdu ki, çox sıxılır. Ardınca getdim. Bayırda sürdüyü “alabaşın” sükanı arxasında əyləşib başını aşağı dikmişdi. Yaxınlaşdığımı görüb qapını açdı, dinmirdi. Təqribən 1 dəqiqə susduq. Narahat etmək istəmirdim onu. Hərdən gözlərini qaldırıb yaxınlıqdakı yoldan şütüyən avtomobillərə baxırdı. Amma hiss olunurdu ki, gözləri ilə başqa mənzərəni xatırlayır.

- Yox e, qardaş, elə döyül axı...

Dərindən köksünü ötürdü. Bığlarını tumarladı.

- Elə döyül, Qurana and olsun! Tövbə-zad eləməmişəm haaa... Nə isə...

Danışım, ya danışmayım? Bu sualı götür-qoy edirdi indi. Danışdı.

- 5-6 ilin söhbətidi. Həəə... Onda hələ qız yox idi, qaqaş da balaca idi. Toya çağırmışdılar. Yaxın qohum idi. Həəə... Götürdüm evdəkiləri də, dedim niyə tək qalsınlar e? Bilirsən də, mən qəsəbədə qalıram. Həəə... Gəldik şəhərə. Mən də o vaxt vururdum aaa! Özü də vecimə də almırdım ki, “za rulyomam”. Dəhşət vururdum. Həəə... Nə isə. Elə bu dəfə də eşşək kimi içdim. Day “tinim düz" idi. Çıxdım toyxanadan. Bir təhər “xoddadım” maşını. Getdim evə. Həəə... Çıxdım yuxarı. Ala zəngi basıram, açan yoxdu! Zəngi basıram, açan yoxdu! Sökürəm e, qapını! Day necə əsəbiləşmişəmsə, deyirəm, indi qapını açsa canını alacam. Birdən elə bil başıma daşla vurdular. İnanırsan, elə ayıldım ki! Elə bil heç içməmişəm. Yadıma düşdü ki, evdəkiləri də toya aparmışdım axı! İnan, necə aşağı düşüb, necə “abratnı” qayıtdımsa – heç nə yadımda döyül. Həəə... Gəldim. Gördüm bizimki dayanıb bayırda, qaqaş da yatıb qucağında. Öldüm, yerə girdim... Heç düşə bilmədim maşından... Özü yaxınlaşdı qapıya. Açdım, keçib oturdu. Heç nə demədi. Heç nə. Belə bir az oturduq. Sonra yavaşca dedi ki, “sür, Zahir, qaqaşa soyuq olar”. Öldüm.. Öldüm...

Səsi titrədi elə bil, başını yenə aşağı saldı, sanki utanırdı, o anları bir də yaşayırdı. Ağlayırdı, nədi? Heç bilmirdim nə deyim, nə edim. Belə gözlənilmədən ürəyini açmağına sanki hazır deyildim. Bir azdan başını qaldırdı. Qarşıdakı güzgüyə baxıb bığlarını tumarladı. Köksünü ötürüb dedi:

- Tövbə eləmədim, qaqaş. Nə tövbə eləmədim, nə də Qurana əl basmadım. Həəə... Amma özümə söz verdim ki, Zahir, bir də dilinə o zəhirmarı vursan, heç kişi döyülsən... Kişi döyülsən... Deyir, kişi araq içər eee...Eh... Görmüşəm o kişiliyi!..

P.S. Tezliklə Zahirlə həyat yollarımız ayrıldı. Heç indi də bilmirəm hardadı, nə işlə məşğuldu. Amma onun o vaxtkı söhbətini heç unuda bilmirəm. Sanki dünən olub. O vaxt tam başqa cür dəyərləndirirdim. İndi isə... Allah heç bir bəndəsini başdı başına buraxmır. Hərəni bir cür xilas edir. Yetər ki, dəryada batan özü xilas olmaq istəsin. Allah isə həmişə hazırdı...




Yerləşdirilib:16 Oktyabr, 2014  12:53, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 1
Müəllif: Nazim | 16 Oktyabr, 2014  11:10
# Ответить
+4


]]>]]>

Vusal qardash Zahir kishi adam olduqu ucun bu olay onu spirtli icki icmekden imtina etmeye vadar eledi.Ancaq men bir sohbeti bura yazim hansiki umimiyetle her bir insani bu emelden iyrendire biler.Bir tanishimla sohbet esnasinda bashina gelen bir olayi danisharken menim ve orada olan her bir kesin etinin urpeshdiyini gordum.Demek sovet doneminde bir gozlenilmez hadise neticesinde bu adama mehkeme 2 il mecburi emek cezasi cekmek hokmunu verib.Deyir ki biz Hovsan qesebesinde kanalizasiya temizleyici menteqeye o vaxtki "ocistnoy" deyilen yere mecburi ishlemeye gedirdik.Qazinti ishleri gedirdi ve bu qazinti boyuk bir sahede derin ve genish quyu qazilma merhelesine catanda men muhendisden sorushdum ki bes bu ne ucundur dediki bu kanalizasiya tullantilarinin yiqilib ondan spirt alinmasi ucun hovse olacaq burdan alinan spirt sherab zavoduna spirtli ickilerin istehsali ucun gonderilecek.Bunu danushan adam orada hamiya eshitdirmek istiyirdi ki indi dushunuz ki siz ne icirsiniz.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com