Şeyx Azərbaycan xalqına Şuşada və işğal altında olan torpaqlarımızda namaz qılmağı, ibadət etməyi arzulayıb
Müsəlmanların müqəddəs Ramazan ayı başa çatır. Bu gün Ramazanın sonuncu günüdür. Bayram Azərbaycanda 2 gün - oktyabrın 12 və 13-də qeyd ediləcək. Oktyabrın 13-ü şənbəyə düşdüyündən oktyabrın 15-i də iş günü olmayacaq. Ümumilikdə oktyabrın 12-si, 13-ü, 14-ü və 15-i ölkədə iş günü sayılmayacaq.
Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Müqəddəs Ramazan bayramı münasibətiylə müsəlmanları təbrik edib:
"Bisimillahi Rəhmanir Rəhim
Bu orucluq ayında mən bütün azərbaycanlıları təbrik edirəm. Bu bayram günlərində dua edirəm ki, Allah təala Şuşada və işğal altında olan torpaqlarımızda bizə namaz qılmağı, ibadət etməyi nəsib etsin. Allah təala dünyadan gedənlərə, şəhidlərə rəhmət edəsin. Qalanlara can sağlığı versin".