ABŞ prezidenti Corc Buş Orucluq bayramı münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müqəddəs Ramazan ayının başa çatması ilə əlaqədar Orucluq bayramı münasibətilə Azərbaycan prezidentinə ən xoş arzularını çatdırıb: "Ümid edirəm ki, Ramazan ayı zamanı müsəlmanların bütün dünyada bayram etdiyi dəyərlər – xeyriyyəçilik, qurbankəsmə və mərhəmətlik – azadlıq, dözümlülük və bütün xalqlar arasında sülhə nail olmaq məqsədilə yeni səylərə yol göstərəcək. Qoy gələn il Sizin üçün və Azərbaycan xalqı üçün çiçəklənmə və cansağlığı ili olsun".