Milli Təhlükəsizlik Nazirliyi Sumqayıt şəhərində əməliyyat keçirib. APA-nın hazırda Sumqayıtda olan əməkdaşının verdiyi məlumata görə, ötən gecədən etibarən Sumqayıt şəhərinin girişində postlar qurulub və şəhərə daxil olan, həmçinin ərazini tərk edən avtomobillər yoxlanılır.
Daxili İşlər Nazirliyindən APA-ya faktı təsdiqləyərək, avtomobillərin yoxlanıldığını söyləyiblər. Amma əməliyyatın məzmunu haqqında məlumat verilməyib və əməliyyatı Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi bildirilib. Sumqayıt şəhər icra Hakimiyyətindən də eyni məzmunlu açıqlama verilib.
Sumqayıtın hüquq-mühafizə orqanlarındakı mənbələrdən isə APA-ya bildirilib ki, əməliyyat Sumqayıt şəhərinin 17-ci mikrorayonu ərazisində, "Ərəb məscidi" kimi tanınan məsciddə keçirilib. Məsciddə bəzi qadağan olunmuş dini qruplaşmaların toplaşması və silahlı dəstələr yaratması, eyni zamanda məscidin partladılmasına cəhd edilməsi barədə məlumatlar veriblər. Bu gecə Abşeron rayonu Fatmayı qəsəbəsində də atəş səsləri eşidilib.
Milli Təhlükəsizlik Nazirliyi əməliyyat barədə hələlik heç bir açıqlama yaymayıb.