Bu gün Bakının Qala kəndində "Mədəniyyətin qorunması üçün Səfir Fondu" layihəsi çərçivəsində Qala məscidinin bərpasına başlanması ilə bağlı tədbir keçirilib. APA-nın xəbərinə görə, məscid ABŞ-ın Azərbaycandakı səfirliyinin və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bərpa olunacaq. Tədbirdə iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi bildirib ki, bu, səfirlik tərəfindən Azərbaycanda həyata keçirilən ikinci layihədir. İlk olaraq Qax rayonunun Qum kəndindəki məscidin bərpa olunmasına başlanılıb və ilin sonunadək orada işlər başa çatacaq. XVII-XVIII əsrlərə aid Qala məscidinin bərpasına isə 38 min dollar ayrılıb.
Burada işlərin gələn ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi də Qala məscidinin bərpasına vəsait ayıracaq.