Noyabrın 13-də Söz və Mətbuat Azadlığının Müdafiəsi Komitəsində təmsil olunan hüquq müdafiəçiləri Arzu Abdullayeva, Səidə Qocamanlı, Novella Cəfəroğlu və Səadət Bənənyarlı Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşüblər. Görüş zamanı hüquq müdafiəçiləri "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin həbsindən ciddi narahatlıqlarını bildirib.
Hüquq müdafiəçiləri Şeyxdən dünya səviyyəli nüfuzundan istifadə edərək Hacı Qənimət Zahidin zaminə buraxılmasına yardımçı olmağı xahiş ediblər.