"Əgər Quran kompyuterdə yığılmadırsa, metroda satıla bilməz"
Metroda hər növ dini ədəbiyyatların və dini təqvim və şəkillərin satışına qadağa qoyulması doğrudur. Bunu jurnalistlərə verdiyi müsahibəsində Bakı Metropolitenin rəisi Tağı Əhmədov etiraf edib. O qeyd edib ki, bundan sonra metroda dini ədəbiyyatların satışına icazə verilməyəcək. O cümlədən Qurani-Kərimin də.
"Əgər Quran kompyuterdə yığılmadırsa, metroda satıla bilməz", - deyə Tağı Əhmədov bildirib.