POPULYARXƏBƏRLƏR

Bakıda Beynəlxalq Tolerantlıq Günü münasibətilə "Tolerantlıq örnəyi Azərbaycan" adlı konfrans keçirilib

Bu gün Bakıda Beynəlxalq Tolerantlıq Günü münasibətilə "Tolerantlıq örnəyi Azərbaycan" adlı konfrans keçirilib. APA-nın xəbərinə görə, tədbirə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Milli Məclisin İnsan haqları komissiyasının sədri Rəbiyyət Aslanova, millət vəkilləri, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri və digər şəxslər qatılıblar.

Konfransı açıq elan edən H. Orucov Azərbaycan prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub. A.Paşazadə çıxışında bildirib ki, Azərbaycanda olan tolerantlıq bütün dünyada nümunə göstərilir: "Bu, Azərbaycanda dövlət siyasəti səviyyəsində həyata keçirilir. Tolerantlıq ənənələri Azərbaycanda uzun illərdir mövcud olub. Ermənistan rəhbərliyi Qarabağ münaqişəsinin guya dini faktorla bağlı olması haqda cəfəng iddialar ortaya atır. Bu sərsəm fikirlər Azərbaycanın artan hərbi qüdrəti qarşısında öz acizliyini getdikcə daha çox dərk etməyə başlayan Ermənistanın Qərbə ünvanlanmış həyəcan ismarıcıdır. Halbuki onların dini liderləri dəfələrlə imzaladıqları sənədlərdə bildiriblər ki, Qarabağ problemi dini konflikt kimi göstərilə bilməz". Şeyx çıxışında Azərbaycanda fəaliyyət göstərən bəzi qeyri-ənənəvi dini təriqətlərə də toxunub: "Azərbaycanın davamlı iqtisadi inkişafını gözü götürməyənlər milli adət-ənənələrimizə, dünyagörüşümüzə, həyat tərzimizə zidd olan bir çox mənfi halları təlqin etməyə, həm Qərbdən, həm də Şərqdən Azərbaycana təşrif buyuran "emissarların" əli ilə müxtəlif təxribatlar törətməyə çalışırlar. O təriqətlərin təlqin etdiyi dini dözümsüzlük, vətəndaş qarşıdurmasına çağırışlar, cəmiyyəti daxildən parçalamaq cəhdləri, bütün bunların fonunda zora, terrora haqq qazandırılması müqəddəs dinimizin dəyərlərinə tamamilə ziddir". A. Paşazadə bildirib ki, radikal vəhhabilər, nurçular və digər təriqətlər öz hərəkətləri ilə mübarək İslam adına ləkə gətirir, dolayısı ilə İslama qarşı hücumlara və ittihamların artmasına zəmin yaradırlar: "Təxribatçılar bilməlidirlər ki, Azərbaycan dövləti bu kimi halların qarşısını qətiyyətlə alır".

Daha sonra tədbirdə dini konfessiyaların nümayəndələri çıxış edərək, bütün dinlərin və millətlərin Azərbaycanda dinc, yanaşı və bərabər şəkildə yaşadığını vurğulayıblar.

Millət vəkili Fəttah Heydərov Azərbaycanın tolerantlıq sahəsində bütün dünyaya nümunə olduğunu qeyd edib: "Bu da dövlət başçısının məqsədyönlü siyasətinin nəticəsidir. Ölkəmizdə tolerantlıq həm də dövlət siyasəti kimi həyata keçirilir".



Yerləşdirilib:20 Noyabr, 2007  22:47, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com